Gürcüstanın Müdafiə naziri Azərbaycana səfər edəcək

Siyasət Xəbər 8 Mart 2018 16:23 (UTC +04:00)

Bakı. Trend:

Martın 9-da Gürcüstanın Müdafiə naziri cənab Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 10-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti