...

Azərbaycanda yeni medal təsis edilib

Siyasət Materials 3 Aprel 2018 12:48 (UTC +04:00)
Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub.
Azərbaycanda yeni medal təsis edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycanda gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif ediləcəklər.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti