Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan və İraq arasında yüksək səviyyəli əlaqələr mövcuddur.
Trend-in məlumatına görə, bunu jurnalistlərə İraq xarici işlər nazirinin müavini Said Şorş Xalid deyib.
Nazir müavini iki ölkə arasında əlaqələrin daha da yaxşılaşdırılmasının mümkünlüyünü qeyd edib: "Düşünürəm ki, energetika sahəsində əlaqələrimizi artırmalıyıq. İraq və Azərbaycanın bunun üçün potensialı çoxdur".
O bildirib ki, son 2-3 il ərzində İraqdan Azərbaycana gələn turistlərin sayı artıb: "Əgər 4-5 il əvvəl İraqdan Azərbaycana ildə 2-3 min turist səfər edirdisə, indi bu rəqəm 65 minə yaxındır".