...

Azərbaycanın Ər-Riyaddakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir

Siyasət Materials 11 Aprel 2018 13:36 (UTC +04:00)
Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir.
Azərbaycanın Ər-Riyaddakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir

Bakı. Trend:

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir.

Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, burada 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə yaradılmış 35 nömrəli seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə səsvermənin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.

Bu məntəqə üzrə konsulluq qeydiyyatında olan 85 Azərbaycan vətəndaşı səs verəcək.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti