...

Serbiyalı parlamentari: Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub

Siyasət Materials 11 Aprel 2018 18:48 (UTC +04:00)

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycanda prezident seçkiləri yüksək və peşəkar səviyyədə təşkil olunub.

Bu barədə Trend-ə Serbiya parlamentinin deputatı Miloş Aliqrudiç deyib.

Serbiyalı deputat bildirib: "Yekun şərhlər vermək hələ tezdir, lakin deyə bilərəm ki, Mərkəzi Seçki Komissiyasının əməkdaşları və prezident seçkilərini tşkil edən şəxslər öz işlərinə yüksək səviyyə və böyük peşəkarlıqla yanaşıblar".

Deputat əlavə edib ki, seçkilərə gələn Azərbaycan vətəndaşları yaxşı məlumatlandırılıb və bərabər seçki hüquqlarından yararlanıblar: "Biz hər hansı pozuntu ilə rastlaşmamışıq və vətəndaşların fəal iştirakı ilə açıq, ədalətli səsvermə prosesinin şahidi olmuşuq".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti