...

Ukraynada səsvermədə fəallıq 85 faizdən yuxarıdır

Siyasət Materials 11 Aprel 2018 18:42 (UTC +04:00)
Ukraynadakı səfirliyin konsulluğunda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 85 faizdən çoxu səsvermədə iştirak edib.
Ukraynada səsvermədə fəallıq 85 faizdən yuxarıdır

Bakı. Trend:

Yerli vaxtla saat 17:00-a olan məlumata görə, ölkəmizin Ukraynadakı səfirliyinin konsulluğunda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 85 faizdən çoxu səsvermədə iştirak edib.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, gün ərzində Azərbaycanın Ukraynadakı səfirliyində seçici fəallığı müşahidə olunmaqdadır.

Ukraynanın Kiyev, Xarkov, Dnepr, Odessa, Sumı və bir sıra şəhərlərində yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları ölkəmizin Ukraynadakı səfirliyinə gələrək sərbəst və azad qaydada öz seçimlərini edirlər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti