...

QDİƏT PA-nın üzvü: Azərbaycan prezident seçkilərinin təşkilində irəliləyişə nail olub

Siyasət Materials 11 Aprel 2018 21:42 (UTC +04:00)
Azərbaycan prezident seçkilərinin təşkilində irəliləyişə nail olub
QDİƏT PA-nın üzvü: Azərbaycan prezident seçkilərinin təşkilində irəliləyişə nail olub

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan prezident seçkilərinin təşkilində irəliləyişə nail olub.

Trend-in məlumatına görə, bunu prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvü, Yunanıstan parlamentinin deputatı Simeon Kedikoğlu deyib.

S.Kedikoğlu bildirib: “Mən Azərbaycanda keçmiş prezident seçkilərindən sonra keçən müddətdə nailiyyət, irəliləyiş gördüm. Ən əsası "exit-poll"un keçirilməsidir. Yerli müşahidəçilər arasında biz 7-8 partiyanın nümayəndələrini gördük, onlardan heç birinin şikayəti olmayıb”.

S.Kedikoğlu həmçinin seçkilərdə yüksək fəallığı qeyd edib:

“Səs verənlər arasında çoxlu gənclər var idi. Belə bir şeyi Yunanıstanda da görmək istərdim”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti