...

Böyük Britaniya nümayəndə heyəti: Azərbaycanda keçirilmiş prezident seçkiləri yaxşı təşkil olunmuşdu

Siyasət Materials 12 Aprel 2018 09:48 (UTC +04:00)
Azərbaycanda keçirilmiş prezident seçkisi yaxşı təşkil olunmuşdu.
Böyük Britaniya nümayəndə heyəti: Azərbaycanda keçirilmiş prezident seçkiləri yaxşı təşkil olunmuşdu

Bakı. İlkin İzzət Bağırov - Trend:

Azərbaycanda keçirilmiş prezident seçkisi yaxşı təşkil olunmuşdu.

Trend-in məlumatına görə, bunu Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Devid Tomas Moris prezident seçkilərinin yekunlarına dair bu gün təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Britaniyadan gəlmiş nümayəndə heyəti ilə birgə 7 seçki məntəqəsində olublar: "Müşahidələrimiz göstərdi ki, hər şey çox gözəl təşkil olunmuşdu. Seçicilərin gəlməsindən başlamış səsverməyə qədər".

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Devid Evans isə qeyd edib ki, seçki məntəqələrində olarkən komissiya üzvləri onları çox yaxşı qarşılayıb: "Seçki prosesi açıq və şəffaf keçirilmişdir".

Britaniyanın "London Post" qəzetinin baş redaktoru Şahid Qureşi də seçkilərlə bağlı öz fikirlərini bölüşüb: "Məntəqələrdə yerli müşahidəçilər və media nümayəndələri vardı. Onlar çox fəal idilər. Bu göstərir ki, Azərbaycanda insanlar seçkiyə çox fəallıqla yanaşıblar".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti