...

Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib

Siyasət Materials 13 Aprel 2018 16:46 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 13-də Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend-in Prezidentin mətbuat xidmətinə istinadən məlumatına görə, Məhəmməd Əşrəf Qani İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Məhəmməd Əşrəf Qaniyə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti