...

Elman Məmmədov: Ermənistan xalqı Sarkisyandan xilas olmaq üçün aksiyaları davam etdirməlidir

Siyasət Materials 19 Aprel 2018 08:00 (UTC +04:00)
Ermənistan cəmiyyətində hakimiyyətə qarşı etiras aksiyaları çoxdan olmalı idi.
Elman Məmmədov: Ermənistan xalqı Sarkisyandan xilas olmaq üçün aksiyaları davam etdirməlidir

Bakı. Samir Əli - Trend:

Ermənistan cəmiyyətində hakimiyyətə qarşı etiraz aksiyaları çoxdan olmalı idi.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistan cəmiyyəti Sarkisyan kimi, Balayan kimi hərbi canilərdən, cinayətkarlardan bezib:

"Hesab edirəm ki, təkcə Ermənistanda olan ermənilər yox, bütün dünya erməniləri ayağa qalxmalı, Ermənistan xalqını, dövlətini bu rüsvayçılıqdan qurtarmaq üçün Sarkisyan və onun kimiləri, onun komandasını hakimiyyətdən uzaqlaşdırmalıdır. Onlar layiqli cəzalarına çatmalıdır. İnanıram ki, bu hərəkat daha da alovlanacaq. Sarkisyan canidir, ona görə də bu prosesdə xəsarət alanlar olacaq, həbslər olacaq. Amma xalq inadından dönməməli, geri çəkilməməlidir. Ermənistan xalqı cəhd etməlidir ki, hakimiyyətdəki bu zir-zibili süpürüb atsın və Ermənistan Cənubi Qafqazda başqa dövlətlərlə əməkdaşlıq və tərəfdaşlıq şəraitində yaşasın".

E.Məmmədov qeyd edib ki, əgər Sarkisyan hakimiyyətini davam etdirsə, Ermənistan dövlətinin xəritədən silinməsi məsələsi ortaya çıxa bilər: "Çünki bu gün hər kəs imkan tapan kimi baş götürüb Ermənistandan qaçır. Ona görə də Ermənistan vətəndaşları bu aksiyaları davam etdirməli, hazırkı hakimiyyətdən xilas olmalıdır".

Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti