...

Rumıniyalı diplomat: Azərbaycan idman turnirlərinin təşkilində liderdir

Siyasət Materials 29 Aprel 2018 16:14 (UTC +04:00)
Azərbaycan idman turnirlərinin təşkilində liderdir
Rumıniyalı diplomat: Azərbaycan idman turnirlərinin təşkilində liderdir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan idman turnirlərinin təşkilində liderdir. Bunu Trend-ə Rumıniyanın Azərbaycandakı səfirliyinin müşaviri Çiprian Mirika bildirib.

Onun sözlərinə görə, idman müsabiqələrinin keçirilməsi hər bir ölkənin inkişafı üçün vacibdir: "Mən Rumıniya nümayəndə heyəti ilə danışdım, onlar Bakıda Milli Gimnastika Arenasında yaradılan şəraitə və turnirin təşkilinə heyran qalıblar. Hər şey vaxtında, peşəkar yanaşma ilə reallaşır. Bizim gimnastlar Bakıya gəlməyi sevirlər, mən isə gimnastika arenasından yarışlarl izləməyi və həmyerlilərimi dəstəkləməyi çox sevirəm".

Ç.Mirika qeyd edib ki, Azərbaycan gimnastikasının böyük gələcəyinə inanır: "Belə obyektlərlə, məktəblərlə, məşqçilərlə gələcək sizindir. Qələbə mütləq gələcək. Burada idmançılar çox yaxşıdır".

O həmçinin Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimini yüksək qiymətləndirib: "Açılış mərasimində milli elementlərdən istifadə çox maraqlı və təsirlidir".

Diplomat qeyd edib ki, Azərbaycanda hər il dünya səviyyəsində tədbirlər keçirilir: "2012-ci ildə burada Avroviziya müsabiqəsi, 2015-ci ildə Avropa Oyunları, 2016-cı ildə Formula 1 Qran Prisi, 2017-ci ildə isə Azərbaycan İslam Oyunları keçirilib, bu il BMX və cüdo üzrə dünya çempionatları keçiriləcək. Buna görə də ölkə beynəlxalq səviyyəli idman yarışlarının təşkilində əsl lideridir. Bu, öz növbəsində, böyük fayda gətirir".

Xəbər lenti

Xəbər lenti