Dövlət Komitəsi: ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının işçi qrupu üçün əsas məqsəd həqiqət deyil (MÜSAHİBƏ)

Dövlət Komitəsi: ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının işçi qrupu üçün əsas məqsəd həqiqət deyil (MÜSAHİBƏ)

Bakı. Elçin Mehdiyev – Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi

- Hörmətli Səyavuş müəllim, bildiyiniz kimi, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının növbəti hesabatı çıxıb. Hesabatda ənənəvi olaraq Azərbaycan dövlətinin din sahəsində apardığı siyasət tənqid olunur. Sizin bununla bağlı münasibətinizi bilmək istərdik.

- Təəssüf hissi ilə qeyd etməliyəm ki, hesabatı hazırlayan işçi qrupu növbəti dəfə məqsədli şəkildə qərəzli mövqe tutmağa üstünlük verib. Hesabatın ümumi təhlili onu göstərir ki, bu sənədi hazırlayanlar Azərbaycandakı dini duruma, dövlət-din münasibətlərinə şərh verərkən peşəkar etikaya zidd hərəkət edərək qeyri-obyektivlik nümayiş etdiriblər. Peşəkar etika dedikdə nəyi nəzərdə tuturam? Peşəkar etika hər hansı məsələ barədə rəy bildirən zaman dəqiq faktlara, real vəziyyətə istinad etməyi tələb edir və mücərrəd, ümumi ifadələrdən qaçmağı şərtləndirir. Halbuki hesabatda biz bunun əksini görürük. Hər il eyni, həqiqətdən uzaq şablon ifadələr səsləndirilir, yoxlanılmamış və dəqiqləşdirilməmiş məlumatlar təkrar verilir. Biz həmin şablonlaşmış, təkrar iddiaların əsassızlığını tutarlı arqumentlərlə, konkret faktlarla göstərsək də, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası eyni məsələləri qabartmaqda davam edir. O zaman həmin Komissiyanın kimlərin maraqlarına xidmət etməsi sual doğurur. Görünür, hesabatın işçi qrupu üçün əsas məqsəd həqiqət deyil. Əsas amal hansısa siyasi dairələrin sifarişini yerinə yetirmək və Azərbaycanda mövcud olan tolerant, multikultural şəraitə kölgə salmaqdır.

- Hesabatda reallığı əks etdirməyən, şablonlaşmış iddiaların hər il yer aldığını bildirirsiniz. Bunlar hansı iddialardır, konkret nümunələr göstərə bilərsinizmi?

- Hər il iddia olunur ki, guya heç bir protestant dini icması, o cümlədən baptistlər, "Yeddinci günün adventistləri", "Əllincilər" dövlət qeydiyyatına alınmayıb və protestantlar öz fəaliyyətlərində bir sıra məhdudiyyətlərlə qarşılaşırlar. Halbuki bu iddia tamamilə uydurmadır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildən bəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Yeni Həyat” Xristian incil dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, “Həyat sözü” Xristian dini icması, “Həyat Sözü - 2” Sumqayıt xristian dini icması, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci günün adventistləri” dini icması, “Bakı şəhəri Yeni Apostol” xristian dini icması, Gəncə şəhəri "Yeddinci günün adventistləri” xristian dini icması və “Vineyard Azərbaycan” xristian dini icması olmaqla doqquz protestant təmayüllü dini icma dövlət qeydiyyatına alınıb. Hesabatda iddia olunanların əksinə olaraq, son illər dövlət qeydiyyatına alınan dini qurumlardan biri baptistlər, ikisi adventistlər, üçü isə "Əllincilər"in dini icmalarıdır.

Respublikamızda protestantların dini mənsubiyyətlərinə görə məhdudiyyətlərlə üzləşdiklərini demək ölkəmizdə mövcud olan reallığı görmək istəməmək mənasına gəlir. Bu gün respublikamızda yaşayan protestantlar bizim bərabərhüquqlu vətəndaşlarımızdır. Onların dua evləri tam sərbəst şəkildə fəaliyyət göstərir, eləcə də protestantlar dini ayin və mərasimlərini azad şəraitdə keçirirlər. Buna misal kimi, Bakı şəhərinin ən gözəgəlimli yerində yerləşən keçmiş “Xilaskar” yevangelik-lüteran kilsəsini misal gətirə bilərəm. Burada bəzi protestant dini icmalar bazar günü ayinlərini icra edir və əlamətdar dini bayramlarını təmtəraqlı şəkildə qeyd edirlər. Məsələn, 2016-cı ilin fevral və 2017-ci ilin dekabrında müxtəlif protestant dini cərəyanlarına mənsub dindarların, o cümlədən lüteranlar, "Əllincilər", xarizmatlar, "Yeddinci günün adventistləri", presviterianların iştirakı ilə möhtəşəm şəkildə Bibliya bayramı keçirilib. Qeyd edim ki, həmin bayramın təşkilində Alban-udi dini icması, rus pravoslav və katolik dini icmaları da yaxından iştirak ediblər. İndi sual yaranır: məgər protestantların sıxışdırıldığı bir ölkədə paytaxtın mərkəzində, dövlət tərəfindən qorunan tarixi-mədəni abidədə onlar dini ayinlərini sərbəst icra edə bilərdilərmi?

Dövlət qeydiyyatına alınan protestant təmayüllü dini icmalara dövlət tərəfindən maliyyə yardımının ayrılması, protestant dua evlərinə müəyyən olunmuş illik limit daxilində pulsuz təbii qazın verilməsi bir daha onu göstərir ki, ölkəmizdə yaşayan protestantlar hər hansı ayrı-seçkiliklə üzləşməyiblər.

- Hesabatda “Yehovanın Şahidləri” məsələsinə də toxunulub. İddia olunur ki, bu dini icmanın heç bir hüquqi statusu yoxdur və onun ardıcılları daim təzyiqlərlə üzləşirlər. Bu, nə dərəcə doğrudur?

- Bu şablonlaşmış iddia da ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının hesabatında hər il yer alır. Biz bu iddianın əsassızlığını dəfələrlə sübut etsək də, həmin iddia hər il sözbəsöz təkrar olunur. Belə ki, “Yehovanın Şahidləri” dini icması 2002-ci ildə DQİDK-da dövlət qeydiyyatına alınıb və həmin icmanın qeydiyyatı bu günə qədər hüquqi qüvvəsini qoruyur. Yəni “Yehovanın Şahidləri” dini icmasının hüquqi statusunun olmaması barədə iddia tamamilə uydurmadır. Bununla yanaşı, “Yehovanın Şahidləri” dini icması qanunvericiliyin tələblərinə riayət etdiyi təqdirdə, onun fəaliyyəti üçün heç bir məhdudiyyət yaradılmır. “Yehovanın Şahidləri” dini cərəyanında olduqca əlamətdar dini bayram sayılan İsa Məsihin ölümünün anım günü və ya həmin dini icma üçün böyük əhəmiyyət kəsb edən regional tədbirlər dediklərimizi təsdiq edir. Belə ki, hər il DQİDK-ya həmin dini icma tərəfindən misal çəkdiyim dini yığıncaqların keçirilməsi üçün müvafiq şəraitin yaradılması ilə bağlı müraciətlər daxil olur. Tərəfimizdən isə qanunla nəzərdə tutulmuş qaydada “Yehovanın Şahidləri” dini icmasına müvafiq köməklik göstərilir, hüquq-mühafizə orqanları isə həmin icma üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görürlər. Bütün bunlar isə “Yehovanın Şahidləri” dini icması tərəfindən rəğbətlə qarşılanır. Hətta həmin dini icma yaradılmış şərait üçün DQİDK-ya təşəkkür məktubu göndərib.

Burada başqa, bir önəmli məqama da toxunmaq istərdim. DQİDK-nın razılığı əsasında ölkəyə ən çox dini ədəbiyyat idxal edən məhz “Yehovanın Şahidləri” dini icmasıdır. Bütün bu faktlar isə onu göstərir ki, “Yehovanın Şahidləri” dini icmasına qarşı hər hansı qərəzli mövqe göstərilmir. Lakin təəssüf ki, “Yehovanın Şahidləri” dini icması yaradılan şəraitdən sui-istifadə etməyə çalışır, qanunvericiliyin tələblərini müntəzəm pozaraq hüquqi ünvandan kənarda respublikamızın müxtəlif bölgələrində qanunsuz dini yığıncaqlar keçirməyə çalışır. Təbii ki, bütün bu qanunsuz əməllərin qarşısı alınaraq inzibati tədbirlər görülür. DQİDK-da həmin dini icmanın yerli liderləri və xaricdəki rəhbərləri ilə dəfələrlə görüş keçirilib, mövcud problemlər müzakirə olunub və onlara öz dini fəaliyyətlərini qanuna uyğun şəkildə tənzimləmək tövsiyə edilib. Buna baxmayaraq, hələ də bu icmanın fəaliyyətində neqativ hallar müşahidə olunur. Belə təəssürat yaranır ki, “Yehovanın Şahidləri” dini icmasının xaricdəki mərkəzində olan bəzi dairələr məqsədli şəkildə yerli dini icma ardıcıllarını qanun pozuntusuna yönəldirlər ki, Azərbaycan dövlətinin müvafiq dövlət orqanları tərəfindən onlara qarşı inzibati-profilaktik tədbirlər görülsün və həmin hallar sonradan hesabatda qabardılsın, beləliklə, “Yehovanın Şahidləri” məsələsi ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunsun.

Halbuki birmənalı olaraq bildirirəm ki, Azərbaycanda dini və etiqadi mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Yalnız insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan din və dini cərəyanların yayılması və təbliği qadağandır. Bu prinsiplər Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub. Dövlətimizin elan etdiyi prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər hansı dini cərəyanın inanc əsasları ümumbəşəri dəyərlərə zidd deyilsə, hər hansı dini cərəyanın mənsubları qanunauyğun şəkildə fəaliyyət göstərməyə çalışırlarsa, onda onların fəaliyyətinə heç bir məhdudiyyət yaradıla bilməz. Yəni dövlətimizdə kiminsə inancı müzakirə predmeti sayıla bilməz, burada vicdan və dini etiqad azadlığı prinsipi əsas götürülür.

- Səyavuş müəllim, hesabatda bir sıra məscidlərin bağlanılması, bəzi müsəlman din xadimlərinin təzyiqlərə məruz qalması barədə iddialar da yer alıb. Bu iddialar nə dərəcədə həqiqətə uyğundur?

- Hesabatdakı həmin iddialarla tanışam. Sizin dediyiniz bu iddialar hesabatın “Müstəqil müsəlmanların repressiyası” və “İbadət yerlərinin qapadılması” hissəsində yer alıb. Yenə də təkrarlamaq məcburiyyətindəyəm ki, hesabatı hazırlayanlar qeyri-peşəkarlıq nümayiş etdirərək mücərrəd, ümumi ifadələrdən istifadə edərək və ya dəqiqləşdirilməmiş məlumatlara istinad edərək ölkəmizdəki dini durumu tənqid edirlər. Məsələn, hesabatda ümumi, mücərrəd ifadədən istifadə olunaraq guya dörd şiə və dörd sünni məscidinin bağlanıldığı iddia olunur, lakin konkret hansı ibadət yerlərinin nəzərdə tutulduğu göstərilmir. Həmin məscidlərin adları çəkilmir, ümumi, mücərrəd iddialar ortaya atılır.

Qətiyyətlə bildirirəm ki, Azərbaycanda heç bir müsəlman ibadət yeri bağlanılmayıb. Əksinə, Azərbaycan dövləti vətəndaşlarımızın dini ehtiyaclarına daim diqqət və qayğı göstərir. Bu siyasətin tərkib hissəsi kimi isə respublikamızdakı məscidlər, ziyarətgahlar əsaslı şəkildə təmir-bərpa olunur, yaxud dövlət hesabına yeni məscidlər dindarların istifadəsinə verilir. Buna misal olaraq,dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə inşa edilən və 2014-cü ilin dekabrında açılışı olan möhtəşəm Heydər məscidini göstərə bilərik.

Hesabatda digər qərəzli yanaşmalar da yer alıb. Belə ki, hesabatda Bakının Yasamal rayonunda yerləşən Hacı Cavad məscidinin sökülməsi tənqid olunur. Halbuki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 2017-ci il iyulun 2-də Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 1 ünvanında Hacı Cavad məscidinin yeni binasının tikintisinə başlanılmış, bu məsələ daim dövlət başçımızın diqqət mərkəzində saxlanılmış, beləliklə, 12 aprel 2018-ci ildə Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdu. Açılışda dövlət başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər. Hacı Cavad məscidinin əvvəlki binası istifadə üçün tamamilə yararsız olduğu halda, dövlətin maliyyə dəstəyi ilə tikilən yeni binası möhtəşəm dini memarlıq kompleksi kimi inşa olunub. Təsadüfi deyil ki, bu hadisə Hacı Cavad məscidi dini icmasının nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.

ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının hesabatının qərəzli tərəfləri, nöqsanlı cəhətləri ilə bağlı kifayət qədər fakt gətirmək mümkündür.

Sonda bununla bağlı bir faktı da misal gətirmək istərdim. Düşünürəm ki, bu fakt hesabatın işçi qrupunun qərəzli niyyətlərini açıq-aşkar ortaya qoyur. Hesabatda bildirilir ki, 2017-ci ilin may ayında ölkənin rəsmi təqviminə riayət etməkdən imtina etdiyinə görə Göyçay rayonunda bir imam cəza kimi işdən qovulub və cərimə olunub. Görünür, hesabatda Göyçay rayonunun II Ərəbcəbirli kənd məscidinin dini ayinlər icraçısı və icma sədri Ruslan Məmmədov nəzərdə tutulur. Lakin onunla bağlı hesabatda qeyd olunan məlumat tamamilə uydurmadır. Belə ki, R.Məmmədova qarşı hər hansı inzibati cərimə cəzası tətbiq olunmayıb. Həmçinin o, işdən də çıxarılmayıb. Sadəcə R.Məmmədov Qəbələ rayonunun Duruca kəndinə köçməsi ilə əlaqədar öz ərizəsi əsasında dini ayinlər icraçısı, o cümlədən icma sədri vəzifəsindən azad olunub. Beləliklə, hesabatda yer alan bu yalan məlumat hesabat müəlliflərinin səmimiyyətlərini ciddi şəkildə şübhə altına alır.

Düşünürəm ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının hesabatının Azərbaycanla bağlı bölümünün obyektiv meyarlardan uzaq hazırlandığı, ölkəmizin tolerant və multikultural imicinə xələl yetirməyi məqsəd güdən bəzi siyasi dairələrin sifarişi ilə tərtib olunduğunu sübuta yetirmək üçün toxunduğum faktlar kifayət edir.

Ümidvaram ki, hesabat müəllifləri gələcəkdə Azərbaycandakı dini durumu dəyərləndirərkən iradlarımızı nəzərə alacaq, məsələyə subyektiv baxış bucağından deyil, obyektivlik, ədalət və peşəkarlıq mövqeyindən yanaşacaq, beləliklə, Azərbaycan reallıqlarını daha düzgün qiymətləndirə biləcəklər.

Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair sənəd imzalanıb (FOTO)
Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair sənəd imzalanıb (FOTO)
246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Loading Bars
Xəbər lenti
Putin vaksinin ikinci dozasını vurdurub
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir
İranda koronavirusdan gündəlik ölüm halı 300-ü keçib
Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - Sərəncam
Kiyevdə sərt karantin rejiminin müddəti uzadılıb
Xətai rayonunda küçələr abadlaşdırılır (FOTO)
Aleksandr Lukaşenko: Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb
Prezident İlham Əliyev: Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır
Bakı Slavyan Universitetində "Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib (FOTO)
Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair sənəd imzalanıb (FOTO)
Evini tərk edən daha 5 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi başlandı
246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Sabah 25 dərəcəyədək isti olacaq
Türkiyə ilk "hava-hava" tipli raketini sınaqdan keçirib (VİDEO)
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi - ŞƏRH
“Elmlər Akademiyası” stansiyasında relslərdəki ağac şpallar dəmir-beton şpallarla əvəzlənir (FOTO)
Naqif Həmzəyev Çin səfiri ilə görüşüb (FOTO)
Mobil bankçılıq sahəsində islahatlar təkmilləşdirilir
Ermənilər Hərbi Qənimətlər Parkından dərs götürsünlər - Hərbi ekspert (VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşır
GiLTEX müştərilərini Sumqayıtda yeni magazasında salamlamağa hazırdır (FOTO)
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Bakı Slavyan Universitetinin professor-müəllim heyəti vaksinasiyada fəal iştirak edir
Ramazanda düzgün və balanslı qidalanma
Macarıstan şirkətləri Qarabağın bərpası üzrə biznes forumda iştirak edə bilər
Bu bank kartları ilə əməliyyatlar müvəqqəti dayandırılacaq
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
Odlar Yurdu Universiteti bu ixtisaslar üzrə işə qəbul elan edir
Mart ayında elektrik enerjisi istehsalı artıb
Paşinyan sabiq baş qərargah rəisini yalan danışmaqda ittiham etdi
Şəkidə qayınanasını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib
"8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Bərdədə cinayət törədən şəxslər saxlanılıb
Azərbaycan nefti bahalaşır
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib (FOTO/VİDEO)
İtaliya ermənipərəst dairələrin təzyiqinə məhəl qoymadı - Politoloq
Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Yeni Bakı-Quba yolunun 16-30-cu kilometrliyində təmir işlərinin 1-ci hissəsi bitib (FOTO)
Saatlıda yas mərasimləri aşkar edilib
BP "Azəri-Çıraq-Günəşli" blokunda texniki xidmət proqramlarını reallaşdıracaq
Oğuzda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
Moody's Xalq Bankın reytinq üzrə proqnozunu iki pillə yüksəldib
Prezident İlham Əliyev verdiyi vədlərin hamısını yerinə yetirib - Deputat
Orta aylıq pensiya 12% artaraq 332 manata çatıb
Sumqayıtda zavod ərazisində top mərmisi tapılıb (FOTO)
“AccessBank” tender elan edir
Türkiyədə yük qatarı qəzaya uğrayıb
"Vestel Azərbaycan"dan qazandıran yenilik
5 yaşlı uşağın Kürdə meyiti tapılıb
Koronavirusun "Britaniya" ştammı 132 ölkədə aşkarlanıb - ÜST
Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq alıb
Aprelin 14-də xarici valyutaların manata qarşı məzənnələri
TAP-la tədarük başlayandan sonra Yunanıstan qaz idxalını azaldıb
Yevlaxda toy məclisi aşkarlanıb
Hacıqabulda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Sahibə Qafarovanın başçılığı ilə deputatlarımız Rusiyaya gedir
Hərbi Qənimətlər Parkı ordumuzun qəhrəmanlıqla yaratdığı bir əsərdir - Tamam Cəfərova
Belarus Qarabağda tikinti-quruculuq işləri ilə bağlı dəstək göstərməyə hazırdır - Nazir (FOTO)
Xaçmazın icra başçısı peyvənd olunub (FOTO)
OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozunu dəyişib
Hərbi Qənimətlər Parkı: Ermənistanın rəzalət simvolu
İranın nüvə sazişi üzrə iclasın vaxtı dəyişdirilib
Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 3 808 nəfər ölüb
Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
Yol polisi Qərb rayonlarında reyd keçirib (FOTO/VİDEO)
Vaşinqton Cozef Baydenin sentyabrın 11-dək qoşunları Əfqanıstandan çıxarmaq niyyətini təsdiqləyib
Dünyada ötən sutka koronavirusa 567 mindən çox yoluxma qeydə alınıb - ÜST
Misirdə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən var
Aİ Türkiyəyə qarşı ikili standartlardan imtina etməlidir - Ərdoğan
Britaniyada koronavirusa daha 2 472 nəfər yoluxub
ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
Prezident İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb
Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir
Türkiyə sahillərində 5,1 bal gücündə zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 52 104 nəfər sağalıb
Çempionlar Liqası: PSJ və "Çelsi" yarımfinalda
Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib
Müqəddəs Ramazan ayı başladı
Ərazilərin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir - ATƏT-in Minsk Qrupu
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
Erməni faşizminin sübutu olan Park - Dünyanın bir neçə ölkəsində belə muzey var (FOTO)
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub (VİDEO)
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi
Azərbaycan XİN Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistan XİN-in bəyanatına cavab verdi
Belarus bu il Azərbaycandan 1 milyon ton neft alacaq
Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert
Bütün xəbərlər