...

Hikmət Hacıyev Pakistandan olan kurs iştirakçıları ilə görüşüb

Siyasət Materials 4 May 2018 19:02 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Pakistanın Milli İdarəetmə kollecinin yüksək səviyyəli ixtisasartırma kursunun iştirakçılarını qəbul edib.
Hikmət Hacıyev Pakistandan olan kurs iştirakçıları ilə görüşüb

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Pakistanın Milli İdarəetmə kollecinin yüksək səviyyəli ixtisasartırma kursunun iştirakçılarını qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kurs iştirakçıları Pakistanın xarici işlər, gömrük, polis, yerli idarəetmə və digər dövlət qurumlarını təmsil edir. Kursun məqsədi Azərbaycanın idarəçilik modeli, sosial-iqtisadi inkişafı, ölkənin inkişafında dövlət və özəl sektorun iştirakı prosesi ilə tanış olmaqdır.

H.Hacıyev qonaqlara bu il yüzilliyi qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və bolşevik işğalı ilə süqutu, SSRİ-nin dağılmasından sonra ölkəmizin öz müstəqilliyini yenidən bərpa etməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimiz işğal etməsi, xalqın israrlı təkidi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycanın yeni dövlət idarəçilik mərhələsinə qədəm qoyması, Azərbaycan-Pakistan əlaqələri barədə danışıb. Azərbaycanın bugünkü inkişafında effektiv və şəffaf idarəçiliyin mühüm rol oynadığını qeyd edən H.Hacıyev ölkəmizin enerji və nəqliyyat strategiyası, qeyri-neft sektorunun inkişafı, gənclər və idman siyasəti, “ASAN” idarəçilik konsepsiyası barədə qonaqlara məlumat verib.

O, kurs iştirakçılarının ölkəmizin beynəlxalq münasibətlərdə rolu, qonşu dövlətlərlə ikitərəfli əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər maraq doğuran məsələlər barədə çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti