...

Millət vəkili: Son illər ərzində ölkə Prezidenti məhbuslara qarşı humanizm göstərərək minlərlə insana azadlıq bəxş edib

Siyasət Materials 25 May 2018 11:35 (UTC +04:00)
Son illər ərzində ölkə Prezidenti cəzasını çəkən məhbuslara qarşı humanizm göstərərək minlərlə insana azadlıq bəxş edib.
Millət vəkili: Son illər ərzində ölkə Prezidenti məhbuslara qarşı humanizm göstərərək minlərlə insana azadlıq bəxş edib

Bakı. Trend:

Son illər ərzində ölkə Prezidenti cəzasını çəkən məhbuslara qarşı humanizm göstərərək minlərlə insana azadlıq bəxş edib.

Bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib.

R.Əliyevin sözlərinə görə, artıq mühüm ümumilli dövlət bayramları ərəfəsində belə sərəncamların imzalanması ənənə halını alıb: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyev Ümumilli Lider Heydər Əliyev siyasətinin mərhəmətlilik və humanizm ənənələrinə sadiq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətimizə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini nəzərə alaraq növbəti əfv sərəncamı imzalayıb. Bu növbəti əfv sərəncamı 28 May Respublika Günü ərəfəsində əfv olunanların ailələrinə, yaxınlarına, qohumlarına ikiqat sevinc bəxş edib".

Millət vəkili bu böyük humanist addımına görə Prezident İlham Əliyev cənablarına dərin minnətdarlıq hisslərini bildirib və müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində apardığı yorulmaz fəaliyyətində ugurlar arzu edib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti