...

Türk Amerikan Dərnəkləri Federasiyasına yeni rəhbər seçilib

Siyasət Materials 27 İyun 2018 14:53 (UTC +04:00)
Türk Amerikan Dərnəkləri Federasiyasında növbəti seçki keçirilib və Tohan Hazinadar İdarə heyətinin rəhbəri seçilib.
Türk Amerikan Dərnəkləri Federasiyasına yeni rəhbər seçilib

Bakı. Trend:

Türk Amerikan Dərnəkləri Federasiyasında növbəti seçki keçirilib və Tohan Hazinadar İdarə heyətinin rəhbəri seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Tohan Hazinadar Federasiyanın məqsədlərinə layiqincə xidmət edəcəyini bildirib və onu bu posta layiq görənlərə təşəkkür edib.

O da sevindirici haldır ki, əslən Cənubi Azərbaycandan olan Zöhrə Şərifi 5-ci dəfə Türk Amerikan Dərnəkləri Federasiyasının vitse-prezidenti və İdarə heyətinin üzvü seçilib.

Zöhrə Şərifi Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin sədridir. O, yenidən bu mühüm vəzifəyə seçilməsindən şərəf duyduğunu söyləyərək Azərbaycan naminə əlindən gələni edəcəyini və işini ləyaqətlə yerinə yetirəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti