...

Pompeo: Tramp hesab edir ki, Rusiyanın G7-ə qayıtması qaçılmazdır

Siyasət Materials 28 İyun 2018 02:48 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Rusiya Minsk razılaşmalarını yerinə yetirməsə belə G7 klubuna qayıdacağına dərindən əmin olduğunu söylədi.
Pompeo: Tramp hesab edir ki, Rusiyanın G7-ə qayıtması qaçılmazdır

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Rusiya Minsk razılaşmalarını yerinə yetirməsə belə G7 klubuna qayıdacağına dərindən əmin olduğunu söylədi. Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo çərşənbə günü Senatın iclasında bildirib.

"Düşünürəm ki, prezidentin sözlərindən hər şey aydındır. Prezident əmindir ki, Rusiya mühüm geostrateji müzakirələrin bir hissəsi kimi çox vacibdir", Pompeo söylədi.

Pompeonun sözlərinə görə, o, Rusiya Federasiyası ilə danışıqlar aparmaq üçün bir sıra kompromis variantları müəyyənləşdirməyə hazırdır, lakin nəticədə müzakirəyə onlardan hansının çıxarılacağını proqnozlaşdıra bilməz.

G8 formatı 1998-ci ildən mövcuddur. 2014-cü ilin Krım hadisələrindən sonra klub G7 formatına keçdi. Adıgedən hadisələr fonunda Soçidə keçirilən növbəti sammitə getməkdən imtina edən klub üzvləri Rusiyanın iştirakı olmadan Brüsseldə toplaşmağı qərara aldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti