Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul edib.
Trend-in məlumatına görə, etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edən Z.Pataradze Azərbaycana təyin olunmasından məmnun olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı, həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparılıb.