...

Pakistan Azərbaycanla bütün sahələrdə əməkdaşlığı artırır

Siyasət Materials 7 Sentyabr 2018 09:29 (UTC +04:00)
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Senatının sədr müavini senator Səlim Mandivala ilə görüşüb.
Pakistan Azərbaycanla bütün sahələrdə əməkdaşlığı artırır

Bakı. Trend:

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Senatının sədr müavini senator Səlim Mandivala ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələrdən məmnunluq, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolu qeyd olunub, Pakistan Senatının qəbul etdiyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzkar Ermənistanı qınayan qətnamənin yüksək qiymətləndirildiyi bildirilib.

Pakistan Senatının sədr müavini senator Səlim Mandivala Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu, iqtisadi, ticari, hərbi-texniki, müdafiə, enerji, turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, birbaşa təyyarə reyslərinin açılmasının, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin daha da artırılmasının zəruri olduğunu bildirib.

Görüşdə həmçinin, iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcək müştərək layihələrin icra olunması və qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti