...

Aydın Quliyev: "Star" NEZ-in açılışı Azərbaycanla Türkiyənin güclü iqtisadiyyata malik olduqlarını bir daha nümayiş etdirdi

Siyasət Materials 20 Oktyabr 2018 16:43 (UTC +04:00)
"Star" NEZ-in açılışı Azərbaycanla Türkiyənin güclü iqtisadiyyata malik olduqlarını bir daha nümayiş etdirdi.
Aydın Quliyev: "Star" NEZ-in açılışı Azərbaycanla Türkiyənin güclü iqtisadiyyata malik olduqlarını bir daha nümayiş etdirdi

Bakı. Samir Əli - Trend:

Türkiyənin İzmir səhərində "Star" neft emalı zavodunun (NEZ) işinə start verilməsi iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin, bir-birini yaxşı anlayan iki dünyəvi liderin və iki güclü iqtisadiyyatın birlik halında nələr edə biləcəyini bir daha sübut edir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, son 10 ildə Avrasiyada Azərbaycan-Türkiyə birliyi qədər stabil, yaradıcı və qlobal nəticələr doğuran ikinci tandem görmək mümkün deyil: "Bu tandemi hazırkı gücünə çatdiran bir neçə faktor var. İki dövlətin xalqının vahid etnik, dini, mədəni köklərə malik olması, müxtəlif tarixi mərhələlərdə oxşar talelər yaşaması mühüm faktorlar olsa da, iki ölkənin müdrik liderlərə malik olması deyilən bütün faktorları birləşdirərək vahid hədəflərə doğru yönəldə bildi. Mübahisəsiz tarixi nəticələri olan Heydər Əliyev - Süleyman Dəmirəl dostluğunun daha böyük miqyasda və daha böyuk nəticələrlə İlham Əliyev - Ərdoğan tandemi tərəfindən davam etdirilməsi buna əyani sübutdur".

A.Quliyev əlavə edib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri bu gün Avrasiyanın enerji və əməkdaşlıq mənzərəsini dəyişmək gücündə olan geosiyasi faktora çevrilib: "Star" neft emalı zavodunun açılışı məhz bu faktorun təsiri altında baş verən dəyişikliklərin hələlik sonuncusudur. Ancaq prosesin davam edəcəyi şübhəsizdir və onun davam etdirilməsi üçün dönməz təsirə malik əsaslar var. Hər iki lider bu istiqamətdə birgə iradə nümayişini davam etdirəcəklərini acılışda bir daha ifadə etdilər. Prezident İlham Əliyevin "yeni birgə layihələrin həyata keçirilməsi üzərində işləyirik" sözlərini bir daha xatırlamaq kifayətdir".

Ekspert bildirib ki, Azərbaycan və Türkiyə liderlərinin birgə siyasi iradəyə söykənən fəaliyyətinin böyük nəticələrini bütün dünya görür: "Bu siyasətin davam etdirilməsinin ən böyuk təminatı hər iki liderə öz ölkələrinin xalqları tərəfindən göstərilən davamlı etimad və inamdır. 20-ci əsrin əvvəllərində Türkiyə-Azərbaycan qardaşlığının şah əsəri Bakının azad edilməsi oldusa, 21-ci əsrin əvvəlləri üçün qardaşlığın bir neçə simvolunun hələlik sonuncusu "Star" zavodudur. Bu hadisə Azərbaycanla Türkiyənin güclü iqtisadiyyata, həm də özlərinə məxsus inkişaf modellərinə malik olduqlarını nümayiş etdirdi. Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan ölkələrimizi hər iki xalqın çox aydın gördükləri yolla aparırlar. Xalqlarımız anlayış və dəstək göstərdikləri bu yolda hələ çox "Star"lar olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti