...

İraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır (YENİLƏNİB)

Siyasət Materials 6 Noyabr 2018 12:27 (UTC +04:00)
İraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır
İraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

İraqın Azərbaycanla çox dərin əlaqələri var və Azərbaycan İraqın regionda ən yaxşı tərəfdaşıdır.

Trend-in məlumatına görə, İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.

Diplomat bildirib ki, İraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır: "İraq münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır".

İraqlı diplomat həmçinin ölkəsindən Azərbaycana gələn Qahdan Adnan adlı jurnalistin mənfi xarakterli silsilə yazılarına da toxunub: "İki ölkə haqqında yazılar yazan jurnalist kimlərsə tərəfindən himayə olunur. Həmin şəxsin məqsədi İraq-Azərbaycan əlaqələrinə xələl gətirmək olub. Lakin İraq-Azərbaycan əlaqələri tarixi xarakter daşıyır və kimlərsə bu cür əməlləri ilə iki ölkə arasında əlaqələrə xələl gətirə bilməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti