Bakı. Elçin Mehdiyev - Trend:
İraqda düşərgələrdə qalan azərbaycanlı uşaq və qadınların bir qrupu Azərbaycan tərəfinə təhvil verilib.
Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.
Diplomat bildirib ki, digər azərbaycanlı uşaq və qadınların Azərbaycana qaytarılması ilə bağlı iş davam etdirilir.