...

AŞ PA-da Finlandiyanın sədrliyinin prioritetləri müzakirə olunacaq

Siyasət Materials 15 Noyabr 2018 16:56 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Daimi komitəsinin iclası bu il noyabrın 23-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək
AŞ PA-da Finlandiyanın sədrliyinin prioritetləri müzakirə olunacaq

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Daimi komitəsinin iclası bu il noyabrın 23-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.

Trend bu barədə AŞ PA-ya istinadən məlumat verir.

Qeyd olunur ki, noyabrın 21-dən başlayaraq AŞ-nın Nazirlər komitəsində sədrlik növbəti altı ay müddətinə Finlandiyaya keçəcək.

Daimi komitənin iclasında noyabrın 25-i qeyd olunan Beynəlxalq qadınlara qarşı zorakılıqla mübarizə günü ərəfəsində AŞ PA-nın prezidenti və Finlandiya parlamentinin spikeri qadına qarşı zorakılıq əleyhinə təşəbbüslərə start verəcək.

İclas zamanı həmçinin Finlandiyanın sədrlik müddətində prioritetlərinə və digər məsələlərə diqqət ayrılacaq.

Xatırladaq ki, hazırda Nazirlər komitəsində sədrlik Xorvatiyaya məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti