Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək

Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda deyilir.

Dövlət Proqramı “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində əldə olunan təcrübə və nailiyyətlərdən faydalanaraq, müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacın Azərbaycanın ali təhsil müəssisələrində hazırlanması yolu ilə Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə hazırlanıb. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Qeyd olunur ki, ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir. ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə, xüsusilə ötən əsrin sonlarından etibarən aktuallaşmış transmilli təhsil modelinin Azərbaycanda tətbiqi uğurlu nəticənin əldə olunmasına şərait yaratmalıdır. Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin edilməlidir.

Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycanda davam etdirən gənclərimizə də yeni imkanlar açmalıdır. Belə ki, əcnəbi mütəxəssislərin yerli təhsilverənlərlə birgə davamlı fəaliyyətinin qurulması onların ölkəni tərk etdikdən sonra belə təhsil sisteminə töhfə vermələrini təmin etməli, nəticədə ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Azərbaycanın ali təhsil müəssisələrinin dünya miqyasında nüfuzu artdıqca, gələcəkdə onların müstəqil şəkildə əcnəbi tələbə və professor-müəllim heyətini cəlb etməsi imkanları genişlənməli, beynəlxalq reytinq cədvəllərində irəliləməli, ölkənin sürətli inkişaf tempinə uyğun mütəxəssis hazırlığı mümkün olmalıdır.

Bununla yanaşı, xaricdə dövlət hesabına təhsil sahəsində əldə edilmiş təcrübə əsasında yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə doktorantura səviyyəsi üzrə Azərbaycan vətəndaşlarının seçiminin təkmilləşdirilməsi, onların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi və təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması tələb olunur. Bu istiqamətdə işəgötürənlərin, eləcə də elm və ali təhsil sahəsinin tələblərinin müəyyən edilməsi və müvafiq sahələrdə iş təcrübəsinə malik mütəxəssislərin ixtisaslarının artırılmasına dəstəyin göstərilməsi ilə qısa müddətdə müxtəlif sahələr üzrə Azərbaycanın ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislər yetişdirilməlidir.

Eyni zamanda, Proqram müştərək maliyyələşmə prinsipi əsasında mütəxəssislərin hazırlanmasında işəgötürənlərin iştirakı ilə nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq arzusunda olanlar üçün imkanların genişləndirilməsinə xidmət etməlidir. Doktorantura səviyyəsi üzrə kadr hazırlığının aparılacağı xarici ali təhsil müəssisələrinin dar ixtisaslaşmalar üzrə dünya reytinqlərinin nəzərə alınması müxtəlif sahələrdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının səmərəliliyini artırmalıdır.

Azərbaycanda təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiyası, qeyd olunan əsas məqsədlərin yerinə yetirilməsi beynəlxalq səviyyəli mütəxəssis və tədqiqatçıların yetişdirilməsində irəliləyişi təmin etməlidir.

Dövlət Proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması və onların icrasına dair monitorinqin nəticələrinə uyğun olaraq layihənin davam etdirilməsi, bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması ilə Azərbaycanın ali təhsil müəssisələrində inzibati heyətin təlimi proqramlarının, elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər) heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsi;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi prosedurları və meyarlarının hazırlanması;
- əmək bazarının tələbatı nəzərə alınmaqla, beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan ali təhsil müəssisələrində çalışacaq əcnəbi professor-müəllim heyətinin mühazirəyə cəlb ediləcəyi tədris fənlərinin siyahısının hazırlanması;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin iştirakı ilə qrant əsaslı elmi-tədqiqat proqramlarının həyata keçirilməsi;
- xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsinin təmin olunması və digər tədbirlər.

Pakistan şirkətləri Azərbaycana avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb
Pakistan şirkətləri Azərbaycana avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb
Yeni sənaye parklarının yaradılması planlaşdırılır - Mikayıl Cabbarov
Yeni sənaye parklarının yaradılması planlaşdırılır - Mikayıl Cabbarov
Azərbaycanda beşillik iqtisadi inkişaf planı hazırlanır
Azərbaycanda beşillik iqtisadi inkişaf planı hazırlanır
Loading Bars
Xəbər lenti
Putin Lukaşenko ilə yeni görüş planlaşdırır
FHN Bakının mərkəzində güclü yanğın barədə xəbərləri təkzib etdi
Fransa polisi nümayışçılərə qarşı gözyaşardıcı qaz istifadə edib
Naftalanda kafedə yanğın olub
Taliban beynəlxalq birlikdən möhlət istəyib
Bakıda mənzildə meyit tapılıb
Kanar adalarında vulkan səbəbindən hava limanı bağlanıb
Ceyhun Bayramov ÇAD və Venesuelalı həmkarları ilə görüşüb (FOTO)
Azərbaycan və Serbiya XİN rəhbərləri görüş keçiriblər
Azərbaycanın XİN rəhbəri BQXK-nin rəhbəri ilə fikir mübadiləsi aparıb (FOTO)
“Səbail” “Zirə”-yə məğlub oldu
Sabah şimal rayonlarında leysan, dolu gözlənilir
Ağcabədidə ev yanıb
Anım günü ilə əlaqədar Bakıda avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Göyçayda minik avtomobili yanıb
Ceyhun Bayramov Qoşulmama Hərəkatı dövlətlərinin BMT-dəki nümayəndələri ilə görüşüb
Moldovada “Nizami Gəncəvi 880” adlı tədbir keçirilib
Cüdoçumuz Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb
THY uçuş şəbəkəsini genişləndirir
"Alaves" "Atletiko"ya qalib gəldi
“Şair Sabir” gəmisi yenidən xarici sulara yola salınıb
"Qarabağ" "Keşlə" oyunu heç-heçə başa çatıb
Qaxda polis əməkdaşları şəhid ailələrini ziyarət edib (FOTO)
Niderlandda iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edildi
"Mançester Yunayted" "Aston Villa"ya məğlub oldu
Xaçmazda yaşıllıq aksiyasına start verilib (FOTO)
Anım günü Bakının mərkəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq
Bakıda 550 küçə dezinfeksiya olunub
Gəncədə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib (FOTO)
Şəhid Elvin Abasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Ceyhun Bayramov ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb
Azərbaycan və Qırğızıstan XİN başçıları arasında görüş olub (FOTO)
Azərbaycan BMT-nin ən böyük iqtisadi platformalarında fəal və nümunəvi ölkə kimi yer almaqdadır - Deputat
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 404 nəfər COVID-19-dan sağalıb, 1 099 nəfər yoluxub
“Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir (FOTO/VİDEO)
Gələn il can Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik - Ərdoğan
Vətən müharibəsində Zəfərin arxasında uğurlu siyasət dayanır - Deputat
Çində qayıq batıb, beş nəfər itkin düşüb
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib
FHN hava şəraiti ilə əlaqədar növbəti dəfə əhaliyə müraciət etdi
Ermənistan milli azlıqların kimliyini itirmək siyasəti yürüdür - Tarixçi
"Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb
Xaçmazda Anım Günü ərəfəsində şəhid məzarları ziyarət olunub (FOTO)
Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi keçirilib
İƏT nümayəndə heyəti Azərbaycanda faktaraşdırıcı missiyanın nəticələri ilə bağlı bəyanat qəbul edib
UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqlar aparılır - Nazir
İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Gəncəyə səfər ediblər (FOTO)
Ermənistan bir ölkə kimi gələcəkdə yoxa çıxmağa məhkumdur - Rusiyalı tarixçi
Arvadını boğaraq öldürən şəxs 12 il azadlıqdan məhrum edildi
Azərbaycanın Vətən müharibəsində qələbəsini şərtləndirən əsas amil düzgün dövlət idarəçiliyidir - Sabiq nazir
İctimai işlər proqramı üzrə hazırda 56 min insan çalışır
Təmir etdiyi evdən 24 min manatlıq oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda bəzi sakinlər şəxsi evlərində kirayə qalırlar - Ekspert
Prezident İlham Əliyev bir daha beynəlxalq tribunadan xalqımızın haqq səsini öz qətiyyətli mövqeyi ilə ortaya qoydu - Deputat
Rusiyada 22 mindən çox yeni yoluxma qeydə alınıb
Sabah Bakıda yağış yağacaq, külək əsəcək
Tehran-Bakı münasibətlərində gərginlik yaratmaq düşmənlərin arzusudur – İranlı deputat
Deputat Nizami rayonunun sakinləri ilə görüşüb (FOTO)
Ötən gün ölkədə 60-a yaxın yanğın olub
“Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda seminar keçirilib
Açıq havada reklam yerləşdirənlər hansı halda cərimələnə bilər?
Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır
Bakıda polisdən qaçıb, digər avtomobillərə ziyan vuran sürücü saxlanıldı (VİDEO)
Kapital Bank aztəminatlı ailələrdən olan tələbələri mükafatlandırıb
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı müzakirələr aparılıb (FOTO)
Sumqayıtda iki azyaşlı uşağın oğurlanması faktı yalandır - DİN
Hacıqabul sakinindən metamfetamin aşkarlanıb
Polislər vətəndaşın küçədə özünə xəsarət yetirməsinin qarşısını alır - DİN-dən AÇIQLAMA
İstanbulda iki yük gəmisi toqquşub
Sentyabr üzrə sosial yardımın ödənilməsi başa çatdırılıb
Ermənistan 30 ilə qədər Azərbaycan ərazilərini işğalda saxladığı üçün dalan ölkəyə çevrildi - Elşən Musayev
Azərbaycan neftinin qiyməti 79 dolları keçib
Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus aşkar olunub
Quterreş Lavrovla Rusiya və BMT-nin əməkdaşlığını müzakirə edib
Ağcabədidə birmərtəbəli ev yanıb
Bakı küçələrində növbəti dezinfeksiya aparılır (FOTO)
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı üç dəfə artıb
Vüqar Rəhimzadə: Beynəlxalq güclər Cənubi Qafqazda yaranmış yeni reallıqlarla hesablaşmalıdır
Qazaxıstanda koronavirusa daha 2 324 nəfər yoluxub
Pakistanın baş naziri Əfqanıstana yardım etməyə çağırdı
Kanada məhkəməsi "Huawei" şirkətinin maliyyə direktorunu azad edib
Haitili miqrantlar Texasdakı düşərgəni tərk ediblər
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə birgə toplantı keçirəcək
Bayden Hindistanı BMT Təhlükəsizlik Şurasına daimi üzv olmağa çağırıb
Avstraliya daha geniş səlahiyyətlərə malik güclü və müstəqil ÜST-nin yaradılmasını istəyir
Modi Baydeni Hindistana dəvət edib
ABŞ Konqresinin üzvü Baydenin istefasını tələb edib
Britaniyada koronavirusdan daha 180 nəfər ölüb
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olub
Malidə anti-terror əməliyyatı zamanı fransalı hərbçi həlak olub
Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var
"United Airlines" aviaşirkəti 1,9 milyon dollar cərimələnib
Ceyhun Bayramov Qoşulmama Hərəkatına 5 üzv dövlətin XİN rəhbərləri ilə ikitərəfli görüşlər keçirib (FOTO)
“Vüqar Həşimov” komandası klublararası Avropa kuboku yarışının bürünc medalını qazanıb (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 20 458 nəfər sağalıb
Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə ikitərəfli və regional məsələləri müzakirə edib
İsmayıllıda minik avtomobili dəmir maneəyə çırpılıb, ölən var
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi BMT Sivilizasiyalararası Alyansının Ali nümayəndəsi ilə VIII Qlobal Bakı Forumuna hazırlığı müzakirə edib
"Brent" markalı neftin qiyməti 78 dolları keçib
Bütün xəbərlər