...

Ombudsman: Parlamentdə və bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsi artırılmalıdır

Siyasət Materials 26 Noyabr 2018 10:45 (UTC +04:00)
Azərbaycanda parlamentdə və bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsinin artırılması lazımdır.
Ombudsman: Parlamentdə və bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsi artırılmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda parlamentdə və bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsinin artırılması lazımdır.

Trend-in məlumatına görə, bunu “Qadınlara və qızlara qarşı zorakılığa son” adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

Növbəti parlament və bələdiyyə orqanlarına seçkilərdə qadınlara dəstək göstərməyə hazır olduğunu deyən ombudsman hesab edir ki, ötən dövrdə parlament və bələdiyyə orqanlarında qadınların təmsilçilik faizi artsa da, bunu yetərli hesab etmək olmaz.

Onun sözlərinə görə, Azərbaycanda qadın hüquqlarının qorunması üçün çoxsaylı qanunvericilik aktları qəbul edilib.

E.Süleymanova qeyd edib ki, Ombudsman Aparatı tərəfindən zorakılığa məruz qalan şəxslərin hüquqlarının qorunması üçün hər bir şəhər və rayonda ictimai dinləmələr keçirilib.

Ombudsman iqtisadi sahədə qadınların fəallığının artırılmasını, sahibkarlıqla məşğul olan qadınların sayının çoxalmasını vacib sayıb: "Regionlarda qadınların fəallığı artırılmalı, lider qadınlar yetişdirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti