...

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın yeni səfirini qəbul edib (FOTO)

Siyasət Materials 27 Noyabr 2018 21:49 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Xeyrullah Spelenayı qəbul edib.
Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın yeni səfirini qəbul edib (FOTO)

Bakı. Tural Turan - Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Xeyrullah Spelenayı qəbul edib.

Trend-in məlumatına görə, Elmar Məmmədyarov səfir Xeyrullah Spelenayı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan və Əfqanıstan arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edildi və müxtəlif sahələrdə o cümlədən, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olundu.

Səfir Xeyrullah Spelenay Azərbaycanın Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunmasında verdiyi töhfəni yüksək qiymətləndirdi. O, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Səfir Xeyrullah Spelenay etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti