Akademik: Sadə, zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan Heydər Əliyev tarixə Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi kimi daxil olub

Akademik: Sadə, zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan Heydər Əliyev tarixə Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi kimi daxil olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan Heydər Əliyev tarixə Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi kimi daxil olub.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev dünyanın bütün başqa dahi şəxsiyyətlərindən fərqli olaraq iki müxtəlif ictimai-siyasi sistemdə yaşayıb və hər iki sistemdə siyasət nərdivanının ən yüksək pilləsinə ucala bilib:

"Xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başlayıb. O, Bakı Dövlət Universitetinin yetirməsidir. Biz I kursda təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman Heydər Əliyev DTK-da çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq. Sonralar DTK sədri olanda isə sevinirdik ki, 20-30-cu illərdən fərqli olaraq daha bizi qıra bilməyəcəklər, çünki artıq bizim Heydər Əliyev kimi himayəçimiz var idi".

Tarixçi ibrətamiz bir hadisəni xatırladıb: "1958-59-cu illər idi, III kursda oxuyurduq. Özüm də tələbə komsomol təşkilatının katibi idim. İstedadlı tələbələrdən biri sovet dövlətini pisləyən vərəqələr yaymışdı. Hamımız qorxurduq ki, bu gənci məhv edəcəklər. Mənə dedilər ki, qapalı komsomol yığıncağı keçirim. O zaman Heydər Əliyev DTK-da fəaliyyət göstərirdi. Yığıncaqda o da iştirak edirdi. Müxtəlif çıxışlar oldu. Bir qrup gəncin vəziyyətini yüngülləşdirmək, digər qrup isə onun universitetdən qovulmasını tələb edirdi. Yığıncaqda Heydər Əliyev bir saatadək gəncliyin qarşısında duran məsələlərlə bağlı çıxış etdi. Çox ibrətli çıxış idi və sonda iki cümlə ilə bu gəncin taleyini bütün təhlükələrdən qurtardı. Dedi ki, "görürəm, burada sağlam gənclik çoxluq təşkil edir, bu gəncin tərbiyəsinə gücünüz çatar". Sonralar başa düşdük ki, bir cəsarətli azərbaycanlının DTK kimi təşkilatda çalışması milyonlarla övladımızın məhvolma təhlükəsindən xilası deməkdir.

Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələn il – 1969-cu ildə universitetin 50 illiyi tamam olurdu. Yubiley mərasimində, doğrusunu deyim, gözləmədiyimiz halda, respublikanın başçısı ana dilində çıxış etdi. Onda ziyalılarımız başa düşdü ki, respublika rəhbəri Azərbaycanın dirçəlişi yolunu tutub və bu istiqamətdə inkişafa doğru addımlayır".

Y.Mahmudov ulu öndərin 60-cı illərin sonunda – 70-ci illərdə xalqımızın milli dirçəlişini necə cəsarətlə himayə etməsinin də canlı şahidi olub.

Tarixçi alim həmin zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri olan Azərbaycan Ensiklopediyasında fəaliyyət göstərib.

Akademik qeyd edib ki, böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi ensiklopediyaçılar və Ensiklopediya ətrafında toplanmış qabaqcıl ziyalılar o zaman çox cəsarətli addımlar atırdılar. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar:

"Bunu da unutmamışam ki, milli oyanışımızın düşmənləri bizi ləkələmək üçün dəridən-qabıqdan çıxırdılar. Bütün bunlara məhəl qoymayaraq ulu öndər 1971-ci ilin martında mənə Ensiklopediya baş redaktorunun elmi işlər üzrə müavini kimi məsul bir vəzifə etibar etdi. Həmin illərdə biz məhz onun dəstəyi sayəsində ilk dəfə olaraq Azərbaycanın tarix xəritələrini çap etdirə bildik. Çox çəkmədən bizə “millətçi”, “burjua məfkurəçiləri”, “Sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmağa çalışdılar. “Sapı özümüzdən olan baltalar” xalqımıza qarşı 1918-ci ilin mart soyqırımını törətmiş Stepan Şaumyanın oğlunu – o zaman “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini işləyən Levon Şaumyanı Bakıya gətirdilər. Qara qüvvələr Azərbaycan ziyalılarına ləkə yaxmaq üçün özlərini oda-közə vurdular, lakin onlar məqsədlərinə çata bilmədilər".

Y.Mahmudov bildirib ki, məhz Heydər Əliyevin sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi, o cümlədən özü nəinki DTK-nın təqiblərinə düçar olmayıb, hətta o dövr üçün dəhşətli bir iş sayılan partiya cəzasından da yaxa qurtara biliblər: "Mən cəbhə bölgələrini qarış-qarış gəzmişəm. Kərkicahanda, Xocalıda, Qubadlıda, Laçında gəncləri döyüşə ruhlandıranda hamı bir ağızdan deyirdi ki, bizi bu bəladan, fəlakətdən Heydər Əliyev xilas edəcəkdir, onu hakimiyyətə gətirin! Heydər Əliyev Atatürk, Cəvahirləl Nehru, Corc Vaşinqton, Bismark, De Qoll kimi məşhur siyasi xadimlərlə bir sırada duran insandır".

Tarixçi əlavə edib ki, Azərbaycan elminin flaqmanı sayılan Milli Elmlər Akademiyası və onun çoxsaylı kollektivi ümummilli lider Heydər Əliyevin qayğısını və diqqətini həmişə hiss edib: "Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdə ölkənin ağır hərbi-siyasi böhran içində olmasına baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri ilə görüşərək onların fikirlərini öyrəndi. O, alim və elmi işçilərin sosial problemlərinin həlli istiqamətində təsirli addımlar atdı. O, fəxrlə bildirirdi ki, AMEA-nın keçdiyi yol Azərbaycan xalqının tarixində parlaq bir səhifədir. AMEA-nın Tarix İnstitutunda Azərbaycan xalqının ümummilli liderinin siyasi və dövlətçilik fəaliyyətinin akademik səviyyədə hərtərəfli və dərindən tədqiq olunmasına xüsusi diqqət yetirilir".

Millət vəkili deyib ki, institutda bu məqsədlə geniş tədqiqat işləri aparılır, Heydər Əliyev irsini araşdıran ayrıca şöbə fəaliyyət göstərir: "İnstitutda ilk dəfə olaraq ikicildlik “Heydər Əliyev” fundamental araşdırması (2013), “Heydər Əliyev. Azərbaycan elminin keşiyində” adlı ikicildlik sənədlər toplusu (2013) və beş kitabdan ibarət “Azərbaycan Respublikasının tarixi” ikicildliyi (2016) nəşr olunub. “Azərbaycan Respublikasının tarixi”nin 1-ci cildi 1991-2003-cü illəri, daha doğrusu, tariximizin Heydər Əliyev dövrünü, 2-ci cildi isə 2003-2016-cı illəri – Prezident İlham Əliyevin başçılığı ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir".

Akademik vurğulayıb ki, çağdaş Azərbaycan bu gün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan-uğura qovuşur: "Tarixin ən qanlı burulğanı içərisində çabaladığımız günlər tarixə çevrilib! Azərbaycan dövlətçiliyi məkrli düşmənlərin qanlı caynağından həmişəlik xilas edilib! Bütün bunlar üçün qədirbilən xalqımız Heydər Əliyevə borcludur! Müasir dövrün böyük dövlət xadimi Prezident İlham Əliyev Heydər Əliyev ideyalarını uğurla və yaradıcılıqla inkişaf etdirərək Azərbaycan Respublikasının davamlı yüksəlişini təmin etmiş, ölkəmizi dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevirmişdir".

Naftalanda baş verən qətllə bağlı prokurorluq məlumat yaydı
Naftalanda baş verən qətllə bağlı prokurorluq məlumat yaydı
Binəqədidə boya zavodundakı yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-5)
Binəqədidə boya zavodundakı yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-5)
Gəncədə 4 otaqlı evdə yanğın baş verib
Gəncədə 4 otaqlı evdə yanğın baş verib
Loading Bars
Xəbər lenti
Badamdarda karantin rejimi ilə əlaqədar reydlər keçirildi (FOTO)
Ermənistanda koronavirusdan ölənlərin sayı 484 nəfərə çatıb
Müşfiq Cəfərov: Koronavirus tək Azərbaycana aid olan problem deyil, bütün dünya bundan ciddi əziyyət çəkir
Bakıda adgünü keçirib video yayan şəxslər saxlanıldı
Yaponiyada leysan yağışlarının qurbanlarının sayı 30-u keçib
Naftalanda baş verən qətllə bağlı prokurorluq məlumat yaydı
İlin üçüncü Ay tutulması sona çatıb
Dünyada koronavirus qurbanlarının sayı 530 mini ötüb
Ermənistan iriçaplı silahlardan istifadə etməklə sutka ərzində atəşkəsi 43 dəfə pozdu
Hindistanda 20-dən çox insan ildırım vurması nəticəsində ölüb
Tamam Cəfərova: Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib
ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub
Binəqədidə boya zavodundakı yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-5)
Londonda gecə şənliyinin dağıdılması zamanı 10-dan çox polis əməkdaşı yaralanıb
Türkiyədə zəlzələ baş verib
Xorvatiyada parlament seçkiləri keçiriləcək
"Bavariya" 20-ci dəfə Almaniya kubokunu qazandı
Gəncədə 4 otaqlı evdə yanğın baş verib
Efiopiyada baş verən iğtişaşlarda 166 nəfər öldü
ÜST bu dərmanların sınaqlarını dayandırıb
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 179 min nəfəri ötüb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Leyla Abdullayeva: Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar siyasətinin bariz nümunəsidir
Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinlərinin su təminatı ilə bağlı problemləri həll olunur
8103 SMS icazə sisteminin fəaliyyəti 16 inzibati ərazidə davam edəcək (VİDEO)
İqtisadiyyat Nazirliyi: Pandemiya ilə mübarizədə biznes ictimaiyyəti fəal iştirak etməlidir
594 obyektdə kobud qayda pozuntuları aşkarlanıb (FOTO)
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu (FOTO)
İranda elektrik stansiyada partlayış baş verib
KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb
Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi
Qablaşdırma məmulatlarının qidalarımıza təsiri
30 il əvvəl türk hərbçini öldürmüş şəxslər Suriyada ələ keçirilib
Gəncə şəhər rəsmiləri sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçiriblər (FOTO)
İş icazəsi ilə İsmayıllıya istirahətə gələnlər cərimələnib (FOTO)
Yaponiyada daşqınlar nəticəsində 15 nəfər həlak olub
Suraxanıda dəfn mərasimində iştirak edənlər saxlanılıb
Şəmkirçay su anbarında batan şəxs axtarılır
Koronavirusla mübarizədə müsbət nəticə hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır - Ekspert
İranda koronavirusdan daha 148 nәfәr ölüb
İcazəsiz Qusara istirahətə gələnlər cərimə olundular (FOTO)
İsmayıllıda hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata cərimələnib (FOTO)
Paytaxtda “Shacman” piyadanı vurub öldürdü
Formula 1 pilotları yarşış ərəfəsində koronavirus testlərindən keçib
Samuxda yas mərasimi keçirənlər cərimələndi (FOTO)
Bəhruz Quliyev: Biz özümüz karantin qaydalarını pozan məsuliyyətsizləri qınamalıyıq
Taksidə sürücü və ya sərnişinin hərəkət icazəsi olsa da, maskasızdırsa, cərimələnəcək - Kamran Əliyev
AMEA-nın şöbə müdiri dünyasını dəyişdi
Xarici İşlər Nazirliyi ABŞ-ı təbrik edib
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib (FOTO/VİDEO)
"Air France" 7 mindən çox işçini ixtisar edəcək
Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib (FOTO)
Polis supermarketlərdə reydlər keçirir (FOTO/VİDEO)
Hindistanda rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO)
ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır (FOTO)
Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli
Sabah hava küləkli olacaq
Deputat: Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur
Paytaxtda qeyri-qanuni fəaliyyət göstərən obyekt bağlandı (FOTO)
Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir (VİDEO)
Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar (FOTO)
Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir - Beynəlxalq ekspert
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi
Bakıdan Qəbələyə istirahətə gedənlər texniki vasitələrin köməyi ilə aşkarlandı (FOTO/VİDEO)
Komitə sədri: Yaz və növbədənkənar sessiya dövründə Milli Məclis öz işini səmərəli qurmağa nail ola bilib
Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib (FOTO)
UNEC brendi Estoniyada da tanındı
BŞİH əməkdaşların kütləvi şəkildə koronavirus testindən keçirilməsi xəbərlərinə aydınlıq gətirdi
Solomon adaları yaxınlığında güclü zəlzələ olub
Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb
Bakıda alternativ qaz xətləri çəkilir (FOTO)
Coca-Cola və ASAN Könüllüləri tibb işçilərinə dəstək oldu (FOTO)
Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə edilib (FOTO)
Rusiya-Qazaxıstan sərhədində yüzlərlə Özbəkistan vətəndaşı toplanıb
DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər
Parisdə yanğın olub - Ölən var
Həkim: Bəhram Bağırzadənin ümumi vəziyyətində ötən gün ərzində əhəmiyyətli dəyişiklik baş verməyib
Səbaildə ad günü keçirənlər cərimələndi (VİDEO)
Paytaxtda növbəti geniş dezinfeksiya aparılıb (FOTO)
DYP: Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Qazaxda restoranda nişan edənlər saxlanıldı, 15 nəfər cərimələndi (FOTO/VİDEO)
Qırğızıstanda 300-dən çox yoluxma qeyd alındı
Bakıda karantini pozan kafenin icarədarı və müştəriləri cərimələndi (FOTO)
Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ
Türkiyə HHQ İraqın şimalında terrorçuların mövqelərinə zərbələr endirib
Karantin qaydalarını pozan 2491 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır (FOTO)
Ermənistan sutka ərzində atəşkəsi 42 dəfə pozdu
Trampın məsləhətçisi koronavirusa yoluxub
Bakıda orta yaşlı kişi küçədə bıçaqlandı
TANAP-la Türkiyəyə qaz tədarükünün həcmi 5,8 milyard kubmetri keçib
Qazaxıstanda koronavirusa yoluxanların sayı 45 mini ötüb
Kabildə polis məntəqəsində partlayış baş verib, xəsarət alanlar var
ABŞ-da koronavirusa rekord sayda yeni yoluxma qeydə alınıb
Yaponiyada 200 min nəfərə təxliyə üçün təlimat verilib
Bütün xəbərlər