...

Səməd Seyidov nümayəndə heyətinin AŞ PA-nın qış sessiyasında diqqətdə saxlayacağı məsələlər barədə (ÖZƏL)

Siyasət Materials 3 Yanvar 2019 11:10 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) növbəti qış sessiyasının vaxtı və gündəliyi məlum olub.
Səməd Seyidov nümayəndə heyətinin AŞ PA-nın qış sessiyasında diqqətdə saxlayacağı məsələlər barədə (ÖZƏL)

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) növbəti qış sessiyasının vaxtı və gündəliyi məlum olub.

Trend-in məlumatına görə, AŞ PA-nın qış sessiyası yanvarın 23-dən 27-dək Fransanın Strasburq şəhərində keçiriləcək.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Trend-ə bildirib ki, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının sessiyasında və iclaslarda fəal iştirak edəcək:

“Həmişə olduğu kimi sessiya və iclaslarda aktiv iştirak edəcəyik, Azərbaycanla bağlı məsələləri diqqətdə saxlayacağıq”.

Qeyd edək ki, sessiya zamanı AŞ PA-nın prezidenti və vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri vəzifələrinə seçkilər keçiriləcək, Bolqarıstanda prezident və Makedoniyada parlament seçkilərinin monitorinqinin nəticələrinə dair hesabatlar müzakirə ediləcək.

Sessiyada, həmçinin Avropada jurnalistlərə hücum və media azadlığı, Qəzzada humanitar böhran, Ukraynada demokratik təsisatların fəaliyyəti və s. məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti