...

Səməd Seyidov yenidən AŞ PA-nın vitse-prezidenti seçildi

Siyasət Materials 21 Yanvar 2019 17:04 (UTC +04:00)

Bakı. Trend:

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən Assambleyanın vitse-prezidenti seçilib.

Trend-in məlumatına görə, AŞ PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib.

Sessiya müddətində Azərbaycan nümayəndə heyəti öz işini həmişəki qaydada həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti