...

Prezident İlham Əliyev: Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim

Siyasət Materials 28 Yanvar 2019 22:20 (UTC +04:00)
Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim.
Prezident İlham Əliyev: Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim

Bakı. Trend:

Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Deyilən bütün xoş sözlərə görə sizə minnətdaram. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim”.

İlham Əliyev bildirib ki, bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı güclənir:

“Xüsusilə qeyd etməliyəm ki, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün çox böyükmiqyaslı sosial layihələri icra edə bilir. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri, bu təşəbbüsləri irəli sürə bilməzdik. Vaxtilə müavinəti almış vətəndaşlar o zaman az məbləğ alıblar. O vaxt əgər biz onu dollara çevirsək, müavinət təqribən 20-50 dollar ətrafında idi. Yəni, imkanımız buna çatırdı, imkan yox idi. Ancaq bu gün 11 min manat tam başqa dəyər təşkil edir. Ona görə ölkəmizin iqtisadi inkişafı, maddi vəziyyətin yaxşılaşdırılması imkan verir ki, biz bir çox sosial layihələri icra edək. Biz yüzdən çox şəhərciyi öz pulumuzla tikmişik, 6650 şəhid ailəsinə mənzil verilib. Qeyd etdiyim kimi, bütün şəhid ailələri mənzillərlə təmin olunacaqlar, ardıcıllıqla, artıq proqram tutulur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti