...

Mehriban Əliyeva Birinci vitse-prezident kimi ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirir - Millət vəkili

Siyasət Materials 21 Fevral 2019 19:42 (UTC +04:00)
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasının iki ili tamam olur.
Mehriban Əliyeva Birinci vitse-prezident kimi ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirir - Millət vəkili

Bakı. Trend:

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasının iki ili tamam olur. Keçən illər ərzində Mehriban xanım Birinci vitse-prezident kimi ona həvalə olunmuş vəzifələri uğurla həyata keçirmişdir. Ölkədə aparılan sosial siyasətin müəyyənləşdirilməsində və həyata keçirilməsində Mehriban xanım Birinci vitse-prezident kimi xüsusi rola malikdir. Onun elm, təhsil, mədəniyyət, idman və digər sosial sahələrin inkişafına yönəlmiş fəaliyyəti, ölkədə aparılan quruculuq prosesində yaxından iştirakı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Mehriban xanım fəaliyyətinin bir istiqamətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həllinə həsr edir. Buna misal olaraq, valideyn himayəsindən məhrum uşaqlara dövlət qayğısının göstərilməsini, xəstələrin müalicəsi, əliliyi olan şəxslərin reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin, uşaq baxçalarının, xəstəxana və poliklinikaların tikilməsi və sair faktları göstərmək olar.

Son illərdə Azərbaycanda bütün sahələrdə, o cümlədən dövlət tərəfindən əhaliyə göstərilən sosial xidmətlər sahəsində böyük uğurlar əldə olunmuşdur. 2012-ci ildən başlayaraq dünyada ilk dəfə olaraq Azərbaycanda fəaliyyət göstərməyə başlayan, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin və onun bölgələrdə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri tərəfindən əhaliyə sadələşdirilmiş, tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında, yüksək səviyyədə xidmətlər göstərilir. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 100% təşkil edir. Bilavasitə Mehriban xanımın təşəbbüsü ilə bu sahədə növbəti mühüm addım atılmışdır. Əhalinin sosial vəziyyətinə bilavasitə təsir göstərən məşğulluq, əmək, sosial müdafiə və təminat sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi yaradılmışdır. “DOST” Agentliyinin və Mərkəzlərinin yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında müvafiq layihələrin və təkliflərin hazırlanmasının təmin edilməsinin və Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasının Birinci vitse-prezident kimi Mehriban xanıma həvalə olunması sosial sahədə aparılan islahatlara, dövlət tərəfindən sosial xidmətlərin keyfiyyətinin artırılmasına yüksək səviyyədə diqqət və qayğının bariz nümunəsidir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsində, yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə olunmasında, təhsil, səhiyyə, mədəniyyət sahələrində müxtəlif layihələrin həyata keçirilməsində misilsiz rola malikdir.

Mehriban xanımın təşəbbüsü ilə Avropanın, eləcə də dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyəti, incəsənəti təbliğ olunur. Belə tədbirlərin keçirilməsi Azərbaycanın Beynəlxalq aləmdə daha yaxından tanınmasında böyük rol oynayır.

Mehriban xanım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ən yaxın silahdaşıdır. Tam əminliklə demək olar ki, Mehriban xanım bundan sonra da cənab Prezidentlə birlikdə Azərbaycan xalqının sosial rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə qarşıya qoyulmuş bütün vəzifələri uğurla yerinə yetirəcək.

Rauf Əliyev

Millət vəkil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti