...

Millət vəkili: Vətəndaşa bu cür diqqət və qayğı, belə yardım nümunəsi dünyanın heç bir yerində yoxdur

Siyasət Materials 30 Mart 2019 16:20 (UTC +04:00)
Vətəndaşa bu cür diqqət və qayğı, belə yardım nümunəsi dünyanın heç bir yerində yoxdur.
Millət vəkili: Vətəndaşa bu cür diqqət və qayğı, belə yardım nümunəsi dünyanın heç bir yerində yoxdur

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda "Diqlas" ticarət mərkəzində baş vermiş yanğından dərhal sonra Prezident İlham Əliyev tərəfindən atılan addım bütün hallarda dövlət başçısının öz vətəndaşlarının yanında olduğunu bir daha bariz şəkildə göstərdi. Bu, bir daha sübut etdi ki, cənab İlham Əliyev hər bir azərbaycanlının prezidentidir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Azərbaycanda sosial problemlərin həlli ilə bağlı çox böyük işlər görülür:

"Bu işlər sistemli və ardıcıl xarakter daşıyır. Amma fövqəladə hallar nəticəsində yaranan problemlərin operativ həlli də daim Prezidentin diqqət mərkəzindədir. Bir müddət əvvəl Şamaxı, İsmayıllı və Ağsuda, ondan öncə Zaqatala və Baləkəndə baş vermiş zəlzələ, yəni fövqəladə hallar zamanı da zərərçəkənlərin yanında ilk olaraq Azərbaycan Prezidentini gördük. İndi isə ticarət mərkəzində yanğın baş verib, xeyli sayda sahibkar ziyan çəkib. Yenə də Prezident öz vətəndaşının yanındadır. Vətəndaşa bu cür diqqət və qayğı, belə yardım nümunəsi dünyanın heç bir yerində yoxdur".

Millət vəkili vurğulayıb ki, bu addım həm böyük humanizm, həm vətəndaşların yanında olmaq, həm onların problemlərini həll etmək, həm də əslində sahibkarlığa dəstək verməkdir:

"Ticarət mərkəzində çox sayda sahibkara məxsus mallar yanıb. Əslində normal vəziyyətdə onlar öz əmlaklarını sığorta etdirməli, belə bədbəxt hadisələr zamanı da sığorta şirkətləri onların zərərini qarşılamalıdır. Ancaq Azərbaycanda vətəndaşın çətin vəziyyətində Prezidentin birbaşa bu məsələyə müdaxilə etməsi bir daha həm böyük humanizm, həm də vətəndaşların yanında olmaq nümunəsidir. Artıq vətəndaşa dəyən ziyana görə dövlət yardımının verilməsi ilə bağlı işlərin görülməsinə başlanıb, müvafiq qurumlar bu işlə məşğuldurlar. Bu, xalq-iqtidar birliyinin ən gözəl, ən bariz nümunələrindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti