...

Səməd Seyidov: Aprel döyüşləri ilə sübut etdik ki, işğalçılar torpaqlarımızdan çıxarılacaq

Siyasət Materials 3 Aprel 2019 16:40 (UTC +04:00)
Aprel döyüşləri ilə sübut etdik ki, işğalçılar torpaqlarımızdan çıxarılacaq.
Səməd Seyidov: Aprel döyüşləri ilə sübut etdik ki, işğalçılar torpaqlarımızdan çıxarılacaq

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Aprel döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsidir. Trend-in məlumatına görə, bunu Milli Məclisdə keçirilən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclasında Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusunun ən yüksək səviyyədə şücaət, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızın azad olunması üçün həyata keçirdiyi əməliyyat tariximizə qızıl hərflərlə yazılıb.

O qeyd edib ki, Azərbaycan aprel döyüşləri ilə dünyaya mesaj verdi:

“Biz bir daha həm dünyaya, həm də torpaqlarımızı işğal edən qüvvələrə ciddi şəkildə mesaj verdik. Bəyan etmişdik ki, torpaqlarımız işğaldan azad olunacaq. Aprel döyüşləri ilə sübut etdik ki, işğalçılar torpaqlarımızdan çıxarılacaq. Bu hadisə ilə fəxr edirik. Bununla yanaşı, kədər hissi də var. Çünki əməliyyat zamanı Azərbaycanın qəhrəman oğulları şəhid oldu. Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçdilər, Ali Baş Komandan İlham Əliyevin əmrini sona qədər ləyaqətlə icra etdilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti