...

Bakıda məhkəmə-hüquq islahatları ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

Siyasət Materials 14 May 2019 18:13 (UTC +04:00)
Bu gün Bakıda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bakıda məhkəmə-hüquq islahatları ilə bağlı beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları, eləcə də MDB dövlətləri, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Assosasiyanın prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası İlham Rəhimov bildirib ki, məhkəmələrdə informasiya texnologiya sisteminin tətbiqi hakimlərin işində ciddi dönüşə səbəb ola bilər. Onun fikrincə, məhkəmələrdə informasiya texnologiyalarının tətbiqi məhkəmə prosesində hakim üçün yardımçı rolunu oynaya və onun optimal qərar çıxarmasına yardım edə bilər.

Daha sonra “Ədalət mühakiməsinin elektron tərəzisi” mövzusunda çıxış edən professor Xanlar Ələkbərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aprelin 3-də məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi istiqamətində imzalanan fərmanda da məhkəmlərdə informasiya texnologiyalarının tətbiqi nəzərdə tutulur.

Onun fikrincə, elektron sistemi hakimə və ya məhkəməyə törədilmiş cinayətə görə Cinayət Məcəlləsində nəzərdə tutulan cəza tədbirlərinin qanuni, ədalətli olmaqla yanaşı, cinayətin istisna təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə onun cinayətdən əvvəlki və sonrakı davranışına uyğun olan ən optimal seçim etməyə kömək etmək üçün nəzərdə tutulub. Bu sistemin tətbiqi eyni zamanda məhkəmənin nüfuzunn artırılmasına da öz təhfəsini vermiş olacaq.

Daha sonra tədbir digər iştirakçıların çıxışı ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti