Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev və “Diamed” şpris istehsalı zavodunun təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına bu istehsal müəssisəsi barədə məlumat verdilər.

Qeyd edək ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Bu sənaye parklarında 9 minə yaxın insan daimi işlə təmin olunub. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncama əsasən isə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin tərkibində Pirallahı Sənaye Parkı yaradılıb. Bu parkın yaradılmasında məqsəd qeyri-neft sənaye sahələrinin davamlı inkişafını, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsini, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təmin etməkdir. Bundan başqa, bu layihənin icrası əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi daşıyır. Ümumi sahəsi 30 hektar olan parkın rezidentləri 7 il ərzində torpaq, gəlir, əmlak, əlavə dəyər vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlara görə gömrük rüsumundan azaddırlar.

Park yaradılandan bəri burada əczaçılıq sahəsində bir sıra mühüm layihələrin həyata keçirilməsinə başlanılıb. Reallaşdırılan mühüm layihələrdən biri də şpris zavodudur. Azərbaycanda ilk şpris zavodu olan bu müəssisə Parkın 2017-ci ilin mayında rezidenti kimi qeydiyyata alınan “Diamed Co” MMC tərəfindən inşa edilib.

Dövlətimizin başçısı zavodu işə saldı.

Bildirildi ki, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir. İnvestisiya dəyəri 9,5 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. İki hektar ərazidə yerləşən zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə və Yaponiya texnologiyaları və avadanlıqlarından istifadə olunur. Müəssisədə istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. Bu isə “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların çeşidini və sayını artırmağa imkan verəcək. Zavodda 150 yeni iş yeri yaradılacaq.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Dövlətimizin başçısının sənayenin inkişafı ilə bağlı strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə siyasəti nəticəsində rəqabətqabiliyyətli və ixracyönümlü yüzlərlə yeni sənaye müəssisəsi yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib, beləliklə, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Dövlətimizin başçısı zavodun kollektivi ilə görüşdü.

Müəssisənin kollektivini salamlayan Prezident İlham Əliyev dedi:

-Bu gün Pirallahı rayonunda çox əlamətdar hadisəni qeyd edirik. Burada istehsal ediləcək şprislər bizim səhiyyə sistemində istifadə olunacaq və beləliklə, Azərbaycan bu sahədə də idxaldan asılılığı aradan götürmüş olacaq.

Hər bir yeni müəssisənin açılışı məni sevindirir. Çünki hər bir müəssisənin açılışı yeni iş yerləri deməkdir. Mənə verilən məlumata görə, burada ilkin mərhələdə 30, sonra isə 150 yeni iş yeri yaradılacaq. Beləliklə, burada işsizliklə bağlı problemlər öz həllini tapacaq.

Bütövlükdə Pirallahı rayonunda işsizliklə problem demək olar ki, yoxdur. Son illərdə Pirallahı rayonunda çox böyük quruculuq-abadlıq işləri aparılıb, rayonun, adanın siması gözəlləşib, çox böyük inkişaf var, yaşayış binalarının təmiri, yeni ictimai zonaların, iş yerlərinin yaradılması, yeni körpünün salınması, yəni, bütün bunlar rayonun gələcək inkişafına qoyulan sərmayədir və rayona göstərilən diqqətdir.

Bu zavodda bizim siyasətimiz öz əksini tapır. Çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır, əksinə, verilən məlumata görə, artıq xaricdən sifarişlər də alınır. Beləliklə, həm daxili tələbat tam ödəniləcək, həm də biz öz yeni məhsulumuzu xaricə ixrac etmiş olacağıq. Bu, sənayemizin inkişafına verilən töhfədir. Ölkəmizdə sənaye istehsalı artır. Görülən işlər nəticəsində bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar. Beləliklə, biz biznes mühitinin yaxşılaşması nəticəsində yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək.

İqtisadi və sosial sahədə aparılan islahatlar nəticə verir. Biz Dünya Bankının biznes mühitinə dair hesabatına görə, bu gün dünyada 25-ci yerdəyik. Mən bunu dəfələrlə qeyd edirəm ictimaiyyət bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki, biz sosial sahəni də gücləndirək, işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və beləliklə, vətəndaşların sosial təminatını gücləndirək. Bu il atılan addımlar, imzalanmış sərəncamlar, qəbul edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosialyönümlü siyasət aparırıq və bu siyasət öz nəticəsini verir.

Əlbəttə, gələcəkdə hələ çox işlər görüləcək. Regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı artıq icra edilməyə başlamışdır. Əminəm ki, bu il nəzərdə tutulan bütün vəzifələr icra ediləcək. Dinamik inkişafa nail olmaq üçün qeyri-neft sektorunun xüsusi rolu var. Biz bu məsələ ilə çox ciddi məşğuluq və nəticələr də göz qabağındadır. Biz bir neçə il bundan əvvəl bu zavodun yaradılmasını bəlkə də təsəvvür edə bilməzdik, xüsusilə Pirallahı rayonunda. Burada ümumiyyətlə qeyri-neft sektoru ilə bağlı işlər demək olar ki, yavaş gedirdi. Ancaq bu gün bu zavod reallıqdır. Bu, Pirallahı Sənaye Parkında birinci zavoddur. Çünki burada bir neçə müəssisə yaradılacaq. Hazırda tikilməkdə olan böyük dərman preparatları zavodunun fəaliyyətə başlaması nəticəsinə daha çox iş yerləri açılacaq və biz dərman preparatlarının idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik. Digər zavodların fəaliyyətə başlaması nəzərdə tutulur. O cümlədən sosial məsələlər öz həllini tapır. Məcburi köçkünlər üçün yeni evlər tikilir və burada 300 köçkün ailəsi evlə təmin olunacaq, məktəb tikilir. Yəni, bu gün bu zavodun timsalında görülmüş işlərin gözəl nəticələrini görürük, siyasətimizin uğurlu nəticələrini görürük və bu, bizi gələcəkdə yeni addımların atılmasına sövq etməlidir. Biz düzgün yolla inkişaf edirik və dinamik inkişaf bundan sonra da mütləq gedəcək.

İslahatlarla bağlı bizim siyasətimiz bu gün burada bir daha özünü göstərir. Əminəm ki, növbəti dövrdə həm sənaye, həm kənd təsərrüfatı, həm də infrastruktur sahələrində daha geniş miqyasda əlavə nəticələr olacaqdır.

Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, zavodun əməkdaşlarına uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq
Boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
Loading Bars
Xəbər lenti
Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq (FOTO)
Bakı Dialoqları Jurnalının növbəti sayı nəşr edilib
“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir (FOTO)
Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib
"Azərişıq" əhaliyə göstərdiyi 19 xidməti elektronlaşdırıb
"Azərişıq" yeni elektron xidmət istifadəyə verib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sələfinin səhvlərindən dərs çıxarmır - Separatizm və terror alovlandırılır
Baş Prokurorluq KİV-də yayılan məlumatla bağlı təkzib verdi
1540-dan çox şəxsə ikinci doza vaksin vurulub - Poliklinika
Putinlə Lukaşenko Moskvada görüşəcək
İƏT-lə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
“Azərtütün Aqrar Sənaye Kompleksi” özəlləşdirilir - Sərəncam
Azərbaycanda koronavirusa qarşı peyvənd istehsalı nəzərdən keçirilir
Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçildi (VİDEO)
Tərtərdə Ermənistanın raket və artileriya atəşi nəticəsində dağılmış yollar bərpa olunur (FOTO)
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır (FOTO)
Tarix Muzeyinə baş direktor seçilib
Ortaq Media Platforması milli maraqlarımızın qlobal media müstəvisində qorunmasına xidmət edəcək - Deputat
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir (FOTO/VİDEO)
İranda ötən gün koronavirusdan 328 nəfər ölüb
Bakıda qatar vuran oğlanla bağlı araşdırma başlandı
Boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirşağıda yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma tədbirində iştirak ediblər (FOTO) (VİDEOYAYIM)
230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib (FOTO)
Sabah 28 dərəcəyədək isti olacaq
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Xroniki xəstəliyi olan insanlar oruc tutarkən ehtiyatlı olmalıdır - Nazirlik
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Koronavirusdan qorunmaq üçün xüsusi qida var? - Səhiyyə Nazirliyindən açıqlama
Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün növbəti yaşayış kompleksinin açılışı olacaq
DİN dövriyyədən 68 kiloqram narkotik vasitə çıxarıb (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bir neçə ölkədən quş əti idxalı dayandırılıb
Hindistanda koronavirusa yoluxma və ölüm hallarında ən yüksək göstərici qeydə alınıb
Minaya düşən hərbi qulluqçumuz şəhid olub
Eldar Quliyev həyat yoldaşının yanında dəfn olunacaq - Nazirlik
Balakəndə koronavirus xəstəsinə cinayət işi açılıb
Ötən gün borca görə 18 nəfər saxlanılıb
İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
2342 şəhid ailəsinə vəsiqə verilib
Türkiyədə kriptovalyutanın istifadəsi qadağan olundu
Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır (VİDEO)
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var
Vergi Xidməti kartlardan böyük məbləğdə vəsaitin tutulmasına aydınlıq gətirib
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü
Yasamalda ağaclar düzgün budanmayıb - ETSN (FOTO)
Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı (FOTO)
Xalq artisti Eldar Quliyev vəfat edib
SOCAR qaz anbarlarının doldurulmasının başlayacağı vaxtı açıqlayıb
BDYPİ Rusiyaya gedən yük maşınlarına xəbərdarlıq etdi - Cəriməsi olanlar buraxılmaycaq
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Ötən gün 13 nəfər xilas edilib - FHN-nin əməliyyat görüntüləri (VİDEO)
Bu il 17,6 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb
İtaliya nümayəndə heyəti Ağdamda səfərdə olub (FOTO)
Azər Türk Bank birinci rübü mənfəətlə başa vurub
Ötən gün evini tərk edən daha 10 koronavirus xəstəsi saxlanıldı
Sahibsiz iti vurmaq istəyərkən 13 yaşlı oğlanı güllələyib öldürdü
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları peyvənd olunublar (FOTO)
Kapital Bank və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkiblər
Ağdam rayonunun Bağbanlar kəndi (VİDEO)
Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil - XİN
Lənkəranda qadını vurub öldürən sürücü saxlanıldı (FOTO)
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşüb (FOTO)
Aprelin 16-da xarici valyutaların manata qarşı məzənnələri
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Qazaxıstanda son sutkada koronavirusa 2 656 nəfər yoluxub
Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu - Pərvin Kərimzadə
ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL
Rusiya Böyük Britaniya ilə aviaəlaqənin dayandırılmasını uzadır
Bayden Cənubi Koreya prezidentilə mayda Vaşinqtonda görüşəcək
Pentaqon Qara dənizə iki esminesini göndərmək planını dəyişib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
İraqın Mosul şəhərində dağıntılar altından 1,59 milyon dollar, kiloqramlarla qızıl və gümüş tapılıb
Futbol üzrə Avropa Liqası yarımfinalının komandaları məlum oldu
Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir
Daşkəsəndə yol polisi reyd keçirib (FOTO)
Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Bakıda özünü dənizə atan şəxs xilas edilib
Sabirabadda ikimərtəbəli evdə yanğın olub
Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Türkiyədə son sutkada koronavirusdan 54 894 nəfər sağalıb
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Bütün xəbərlər