...

Avropadan Azərbaycana gələn turistlərə sadələşdirilmiş vizaların verilməsi üçün danışıqlar aparılır - Agentlik

Siyasət Materials 4 İyun 2019 11:11 (UTC +04:00)
Avropadan Azərbaycana gələn turistlərə sadələşdirilmiş vizaların verilməsi üçün danışıqlar aparılır
Avropadan Azərbaycana gələn turistlərə sadələşdirilmiş vizaların verilməsi üçün danışıqlar aparılır - Agentlik

Bakı. İlhamə İsabalayeva - Trend:

Avropa İttifaqı ölkələrindən Azərbaycana daha çox turistin gəlməsi üçün onlara sadələşdirilmiş vizaların verilməsi, vizalarını hava limanlarında birbaşa ala bilmələri üçün danışıqlar aparılır.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, ölkəyə turistlərin cəlb edilməsi üçün hazırda 6 istiqamət üzrə iş aparılır.

F.Nağıyev əlavə edib ki, yay turizm mövsümündə Azərbaycana Çin, Hindistandan turistlərin gələcəyi gözlənilir: "Bu turistlər artıq ölkədə müşahidə edilir. Bu yay Avropa ölkələrindən də Azərbaycana turistlərin gələcəyi gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti