...

Avstriya Azərbaycanlıları Cəmiyyəti Qurban bayramı ilə əlaqədar olaraq 100 ailəni sevindirdi (FOTO)

Siyasət Materials 12 Avqust 2019 11:27 (UTC +04:00)
Avstriya Azərbaycanlıları Cəmiyyəti (AAC) Qurban bayramı günündə 100 imkansız ailəni sevindirib.
Avstriya Azərbaycanlıları Cəmiyyəti Qurban bayramı ilə əlaqədar olaraq 100 ailəni sevindirdi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Avstriya Azərbaycanlıları Cəmiyyəti (AAC) Qurban bayramı günündə 100 imkansız ailəni sevindirib.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, AAC-in sədri Fərid Əzizovun verdiyi məlumata görə, hər il olduğu kimi bu il də cəmiyyətin daxili imkanları hesabına qurbanlıq qoyunlar alınaraq kəsilib və ölkənin Salzburq şəhərində məskunlaşan imkansız ailələrə paylanılıb: "Bu dəfə 10 qoyun alıb kəsdik və Suriyadan, Əfqanıstandan köçkün düşüb Salzburqda düşərgələrdə məskunlaşan ailələrə paylanılıb".

F.Əzizov onu da qeyd edib ki, qurban payları onun rəhbərliyi və iştirakı ilə cəmiyyətin əməkdaşları tərəfindən qaçqın düşərgələrinə aparılıb və oradaca imkansızlara paylanılıb: "Bu xeyirxah missiyanı hər il dövlətimizin adından edirik. Yaxın və Orta Şərq ölkələrində müharibənin ağrılarını yaşayıb didərgin düşərək Avstriyada məskunlaşan yüzlərlə ailəni sevindiririk. 100 ailənin hər birində azı 7-8 nəfərin olduğunu nəzərə alsaq, bu 700-800 insan edir. Biz nə ediriksə, dövlətimizin adından edirik və bu kimi xeyirxahlıq əməllərimizlə Azərbaycanın dünyada sülhsevər, humanist dövlət olduğunu bir daha sübut edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti