...

XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır

Siyasət Materials 12 Sentyabr 2019 17:31 (UTC +04:00)
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi L.Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”i şərh edib.
XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır

Bakı. Trend:

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”i şərh edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, şərhdə deyilir:

"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti