...

Hərbi qulluqçularımız Almaniyada təlimdə iştirak edir (FOTO)

Siyasət Materials 14 Sentyabr 2019 12:29 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti