...

Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub (FOTO/VİDEO)

Siyasət Materials 23 Sentyabr 2019 17:54 (UTC +04:00)
Üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb.
Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək.

Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti