...

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir

Siyasət Materials 23 Sentyabr 2019 20:46 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

Trend-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanının Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Səfir vurğulayıb: "Davamlı əlaqələr və qarşılıqlı səfərlər əməkdaşlığın yüksək səviyyəsini göstərir. Bu ilin əvvəlindən iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edib. Qanunvericilik sahəsində - Azərbaycan-Səudiyyə Ərəbistanı Parlament dostluq qrupu Bakıya səfər etdi; iqtisadi sahədə - birgə komitənin beşinci iclası, həmçinin Bakıda biznes forum keçirildi"

Bundan əlavə, diplomat qeyd edib ki, iki ölkənin enerji nazirlərin qarşılıqlı iki səfəri baş tutub:

"Bu səfərlər zamanı iki ölkənin inkişafına xidmət edən saziş və anlaşma memorandumları imzalanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti