...

Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib (FOTO/VİDEO)

Siyasət Materials 7 Oktyabr 2019 14:22 (UTC +04:00)
Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib
Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələri iriçaplı yaylım atəşli reaktiv sistemlərdən (YARS) praktiki atışlar icra ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, eyni zamanda səhra şəraitində müvafiq bölmələrin zabitləri ilə “Taktiki təlimlərin hazırlanması və keçirilməsi qaydaları” mövzusunda toplanış təşkil olunub.

Raket bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti