Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitar sahədə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası Hökumətinə bildiriş göndərəcək.