Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev dedi:

-Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, sizin səfəriniz ölkələrimiz arasındakı əlaqələrə yeni təkan verəcək. Bizim əlaqələrimiz uğurla inkişaf edir və şadam ki, Koreya-Azərbaycan əlaqələri yeni pilləyə qalxıb. Siyasi əlaqələrimiz yüksək səviyyədədir və sizin səfəriniz bunu bir daha təsdiqləyir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir. Əlbəttə ki, iqtisadi sahədə əməkdaşlıq daha da geniş vüsət alır. Azərbaycanda 70-ə yaxın Koreya şirkəti rəsmi qeydiyyatdan keçib. Bir neçə Koreya şirkəti Azərbaycanda müxtəlif infrastruktur və inşaat layihələrində iştirak edir. Bakı şəhərində yeni tikilmiş, arxitektura baxımından cəlbedici olan bəzi binaların memarlıq dizaynı Koreya şirkətləri tərəfindən təmin edilmişdir. Ümumiyyətlə, biz istəyirik ki, qarşılıqlı investisiya qoyuluşu daha geniş vüsət alsın. Azərbaycan sizin ölkəyə yarım milyard dollara yaxın sərmayə qoyub. Bizim Dövlət Neft Fondumuz Koreyada daşınmaz əmlaka sərmayə qoyub və əminəm ki, gələcək illərdə qarşılıqlı sərmayə qoyuluşu daha geniş vüsət alacaq.

Şadam ki, Koreyadan Azərbaycana gələn turistlərin də sayı artır. Bildiyiniz kimi, Koreya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur və onlar elektron vizanı bir neçə gün ərzində alıb Azərbaycana gələ bilərlər. Bilirəm, koreyalılar xarici ölkələrə səfər etməyə çox həvəslidirlər və ümid edirəm ki, Azərbaycan onlar üçün çox maraqlı bir yer ola bilər.

Əlbəttə, parlamentlərarası əlaqələrə xüsusi diqqət yetirilir. Şadam ki, bu gün sizin rəhbərliyinizlə yüksəksəviyyəli nümayəndə heyəti bizim qonağımızdır. Səfər zamanı həm parlamentlərarası əlaqələr müzakirə ediləcək və bununla bərabər gündəlikdə duran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Əminəm ki, səfəriniz uğurlu olacaq, bir daha xoş gəlmisiniz.

Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq dedi:

-Çox sağ olun, cənab Prezident, Sizinlə görüşdüyümə görə çox şadam və çox şərəf hissi duyuram. Mən bilirəm, xəbərdaram ki, Siz nə qədər məşğulsunuz və belə bir vaxtda bizə görüş üçün vaxt ayırmısınız. Bildiyimə görə, Siz oktyabr ayında Rusiyada olmusunuz, Gürcüstanın Baş Naziri Azərbaycana səfərə gəlib və dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Azərbaycanda keçirilib. Mənə çox maraqlıdır, Sizin bu tükənməz enerjiniz haradan gəlir? Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Macarıstan və başqa bir ölkə, sadəcə, müşahidəçidir, üzv deyil. Mən düşünürəm ki, bizim də təşkilata müşahidəçi kimi üzv ola bilmək imkanımız var. Ola bilərikmi?

Prezident İlham Əliyev: Çox yaxşı olar. Mən elə bu məsələni sizinlə müzakirə etmək istərdim.

Milli Assambleyanın sədri Mun Hi-sanq: Çox istərdim həyata keçsin.

Prezident İlham Əliyev: Ona görə, əgər belədirsə, onda gərək səfər zamanı bu məsələ müzakirə olunsun. Gələn il Türkiyədə keçiriləcək növbəti zirvə görüşündə Koreya əgər müşahidəçi qismində iştirak edərsə, biz çox məmnun olarıq. Macarıstan müşahidəçi kimi bizim tədbirlərdə artıq ikinci dəfədir ki, iştirak edir. Bu, onu göstərir ki, bu təşkilat yeni üzvləri, müşahidəçi qismində iştirak edən yeni ölkələri qəbul etməyə çox böyük maraq göstərir. Dünənki zirvə görüşündə həm qarşılıqlı siyasi dəstək göstərildi, eyni zamanda, iqtisadi sahədə bir çox önəmli layihələr müzakirə olundu. Ona görə xahiş edirəm, siz bu məsələni ciddi müzakirə edəsiniz və ümidvaram ki, nəticələr yaxşı olacaq.

Milli Assambleyanın sədri Mun Hi-sanq: Mən əminəm ki, uğurlu nəticə əldə olunacaq. Çünki Ural-Altay mədəniyyətinə daxil olan xalqlar həmişə ailəyə çox böyük önəm verib, böyükləri hər zaman özlərindən yüksəkdə tutublar. Buna görə də inanıram ki, biz eyni mədəniyyətə daxilik və bu əməkdaşlığımız uğurla nəticələnəcək.

Sonda xatirə şəkli çəkdirildi.

Hesab.az tətbiqində hər kəsə Hesab Koin hədiyyə!
Hesab.az tətbiqində hər kəsə Hesab Koin hədiyyə!
Azərbaycan və Ukrayna arasında qarşılıqlı investisiya barədə memorandum imzalanıb (FOTO)
Azərbaycan və Ukrayna arasında qarşılıqlı investisiya barədə memorandum imzalanıb (FOTO)
Bu il Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas prioritetlər açıqlanıb
Bu il Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas prioritetlər açıqlanıb
Loading Bars
Xəbər lenti
İsrail və ABŞ kosmosun birgə tədqiqinə dair saziş hazırlayır
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Mingəçevirdə binada partlayış baş verib, yanğın başlayıb
Sevçenkonun istefaya göndərilməsinin səbəbi açıqlanıb
Çinin paytaxtına gələn şəxslərdən COVID-19 ilə bağlı test vermək tələb olunacaq
Türkiyədə təyyarə ilə şəhərlərarası səyahət edənlərdən PCR testi tələb olunacaq
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib
"Azəriqaz"ın smart kartlarına niyə pul yükləmək olmur? - AÇIQLAMA
2021-ci il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşdü - TƏHLİL
Avstriyada 18 yaşdan yuxarı şəxslər koronavirusa qarşı məcburi peyvəndləməyə cəlb ediləcəklər
FHN Bakıda intihara cəhdin qarşısını alıb
Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib
Hacıqabul rayon sakinlərindən “patı” və heroin aşkarlandı (FOTO)
İsmayıllı sakinindən odlu silah götürülüb
Kadbildə bombanın partlaması nəticəsində azyaşlı həyatını itirib, 4 nəfər yaralanıb
Türkiyə prezidenti Albaniyaya səfər edəcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 808 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib
Cəlilabad sakinindən qanunsuz odlu silah aşkarlanaraq götürülüb
Ötən il gecikdirilmiş 1 257,4 min manat sosial ödənişin işçilərə ödənilməsi təmin edilib
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb - Komitə
Şəhid Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib (FOTO/VİDEO)
İranda daha 31 nəfər koronavirusdan ölüb
Göyçayda xarici ölkə vətəndaşından onlayn narkotik alan qohumlar saxlanılıb (FOTO)
Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılaraq aşıb, ölən və yaralılar var (ƏLAVƏ OLUNUB)
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı fakt nəzarətə götürülüb - DİN
Azərbaycan XİN “erməni qırğınları”na dair Ermənistan tərəfinin iddialarına cavab verib
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Azərbaycan alternativ enerjini seçir: Perspektivlər və yeni imkanlar
Sabah Bakıda şaxtalı hava gözlənilir
Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib
Tərtərdə qanunsuz ov edən şəxslər müəyyən edilib (FOTO)
Nazirlik cəzaçəkmə müəssisəsində məhkumların koronavirusdan qorunma vəziyyətini açıqlayıb
Cəlilabadda keçmiş məhkumdan 5 kiloqram narkotik aşkarlanıb (FOTO)
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür
Argentinada COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb
ABŞ-ın 33 ştatına qar fırtınası yaxınlaşır
Yamaykada Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən keçmiş senator saxlanılıb
Zəngilanda zəlzələ olub
NATO Finlandiya və İsveçi bir gecədə bloka qəbul edə biləcəyini açıqladı
Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb (FOTO)
Texasdakı sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib (ƏLAVƏ OLUNUB)
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın gələcək inkişafının bünövrəsidir
Pekində "omikron" ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya hərbi fəlakətin bir addımlığındadır - "The Economist"
Türkiyədə son sutka koronavirusa 63 mindən artıq yoluxma qeydə alınıb
ABŞ Rusiya ilə təhlükəsizliklə bağlı dialoqu davam etdirməyə ümid edir
Yaponiyada sunami səbəbilə 210 min nəfərin təxliyə edilməsi nəzərdə tutulub
Britaniyada sutka ərzində koronavirusa yoluxanları sayı 80 mini ötüb
COVAX mexanizmi vasitəsilə 1 milyard doza peyvənd tədarük edilib
Çexiya prezidenti Pekin Olimpiadasının boykotunu pisləyib
Şevçenko Polşa yığması ilə danışıqlar aparır
Nigeriya yığması Afrika Millətlər Kubokunun pley-offuna vəsiqə qazanıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 50 mindən çox insan iştirak edib
Aİ kibertəhlükəsizlik üzrə təlimlərə başlayıb
Türkiyənin müdafiə naziri Suriyada 44 terrorçunun zərərsizləşdirildiyini bildirdi
Şuşa Azərbaycanın tarixində və mədəniyyətində mühüm yer tutan şəhərdir - “Euroreporter” portalı
Azərbaycan daha bir ermənini təhvil verdi
İsrailin maliyyə naziri koronavirusa yoluxub
Biləsuvarda birmərtəbəli ev yanıb
Gürcüstanda "omikron" ştammına yoluxanların sayı artıb
KTMT sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq
Tərtərdə yol qəzası baş verib, 1 nəfər ölüb (FOTO)
Yaponiya sahillərində sunami qeydə alınıb
Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub
Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər ölüb
Azərbaycanda "Texnofest" festivalının keçiriləcəyi tarixlər açıqlandı
"Qarabağ"ın rəqibinə yeni transferlər etmək qadağan edildi
İranda güclü zəlzələ baş verib
Bakıda güclü külək bir sıra fəsadlar törədib (VİDEO)
Azərbaycanda bütün məhkumlar vaksin edilib - Ədliyyə Nazirliyi
Bu il əmək bazarında ən çox hansı vəzifələrə tələbat olacaq?
Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq - Xələf Xələfov
Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası davam edir
Əhalinin bir ildə ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlandı
Bəzən məhkumlar yaxınları və vəkilləri vasitəsilə virusa yoluxurlar - İdarə rəisi
Vətən müharibəsi iştirakçıları "Müharibə veteranı" adını və təqaüdü yanvar ayı ərzində ala biləcəklər
Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
İrandan idxal edilən bibərdə virus aşkarlanıb
İranda son sutkada koronavirusdan 18 nəfər ölüb
Bakıda gənc qız itkin düşüb (FOTO)
II Qarabağ İqtisadi Forumu keçiriləcək
UNEC-də qış imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib (FOTO)
Suraxanıda 8 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb, 30 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanın energetika nazirinin sabiq müavini saxlanılıb
Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 710 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
“Yüksəliş” müsabiqəsinin təşkilat komitəsinin iclası keçirilib (FOTO)
Küləkli hava nə vaxta qədər davam edəcək?
Sabah gecədən hava yenidən pisləşəcək: qar, külək olacaq - XƏBƏRDARLIQ
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir - Rauf Əliyev
Saatlıda ev yanıb
Bakının mərkəzində minik avtomobili yanıb
Dövlət başçısının tövsiyələri qarşımızda yeni vəzifələr qoyur - Vüsal Quliyev
Rusiyada son sutkada 27 mindən çox şəxs koronavirusa yoluxub
Keçən il sosial müavinət və təqaüd ödənilən şəxslərin sayı açıqlanıb
Bazar günü hava necə olacaq?
Zelenski BSU-nun əməkdaşını medalla təltif edib
Bakıda anbarda baş verən yanğın söndürülüb
Bütün xəbərlər