...

Elmar Məmmədyarov Fələstinin Xarici işlər naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 25 Oktyabr 2019 20:27 (UTC +04:00)
Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Fələstin Dövlətinin Xarici İşlər naziri Riad Əl-Maliki ilə görüşüb.
Elmar Məmmədyarov Fələstinin Xarici işlər naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Fələstin Dövlətinin Xarici İşlər naziri Riad Əl-Maliki ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşün əvvəlində Fələstin naziri Azərbaycanı QH-də sədrliyə başlaması, dövlət müstəqilliyinin 28 illiyi və G-77 qrupuna qoşulması münasibətilə təbrik etdi.

Söhbət əsnasında məhz BMT-nin Nizamnaməsi və TŞ-nin qətnamələrinin dünyada mövcüd olan münaqişələrin və hər hansı ziddiyətli məsələlərin həlli üçün əsas təşkil etməsi vurğulandı. Bu mənada, Azərbaycanın BMT, habelə İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində Fələstin xalqının hüquqlarının təmin edilməsinə yönəldilən səylərin dəstəkləndiyi qeyd olundu.

Həmsöhbətlər çoxtərəfli formatlarda əlaqələndirilmiş birgə səylər göstərilməsinin vacibliyini bildirərək, bunun beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfə verə biləcəyi barədə ümumi qənaətə gəldilər.

Fələstin XİN-in başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə bu ali dəyərlərin təbliğ ediləcəyi, qlobal və regional sülh və əmin-amanlığa xidmət edəcəyindən əminliyi bildirərək, ölkəmizə uğurlar diləyib. Bu xüsusda, hazırkı Zirvə Görüşünün əlamətdar olduğunu və müasir dünyada olduqca vacib olan coxtərəfli əməkdaşlığın təşviq edilməsi üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Nazir E.Məmmədyarov QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin və Cənub-Cənub əməkdaşlıq platforması çərçivəsində birgə səylərin əhəmiyyətinə diqqət yetirdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti