...

Elmar Məmmədyarov Nigerin Xarici işlər naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 26 Oktyabr 2019 18:31 (UTC +04:00)
Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Niger Respublikasının Xarici İşlər, Əməkdaşlıq və Afrika İnteqrasiyası naziri Kalla Ankurao ilə görüşüb
Elmar Məmmədyarov Nigerin Xarici işlər naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Niger Respublikasının Xarici İşlər, Əməkdaşlıq və Afrika İnteqrasiyası naziri Kalla Ankurao ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan Nazir Azərbaycanın Niger ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Nigerli Nazir, öz növbəsində ölkəsinin başçısının digər öhdəliklərinin olması səbəbindən QH-nin Zirvə Görüşündə iştirak edə bilmədiyini bildirərək onun üzrxahlığını çatdırıb, görüşün yüksək səviyyədə təşkil edildiyini qeyd etdi və ölkəmizə sədrliyi dövründə uğurlar arzulayıb.

Görüş əsnasında Nigerdən olan tələbə və mütəxəssislərin Azərbaycanda təhsil almaq, habelə neft sənayesi sahəsində Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətində olduğu qeyd edilib və bu istiqamətlərdə məhsuldar əməkdaşlığın davam etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşlılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Niger ilə Azərbaycan arasında BMT və İƏT çərçivəsində təşəkkül tapmış əməkdaşlığın QH çərçivəsində də müvaffəqiyyətlə inkişaf edəcəyinə dair əminlik ifadə edilib. Bu xüsusda, 2020-ci ildən Nigerin BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün gözəl fürsət olacağı qeyd edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Nazir Kalla Ankurao Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti