Səfir: Mən Bakını Azərbaycanın İsraildəki xoşməramlı səfiri kimi tərk edirəm (MÜSAHİBƏ)

Səfir: Mən Bakını Azərbaycanın İsraildəki xoşməramlı səfiri kimi tərk edirəm (MÜSAHİBƏ)

Bakı. Ləman Zeynalova - Trend:

İsrailin Azərbaycandakı səfiri, diplomatik missiyasını başa vuran Dan Stavın Trend Beynəlxalq İnformasiya Agentliyinə özəl müsahibəsi

Əməkdaşlığın enerji tərəfi

Səfir bildirib ki, İsrail Azərbaycan şirkətlərinin ölkədə qaz kəşfiyyatında iştirakında maraqlıdır:

“92,44 faizi SOCAR-a məxsus olan “Caspian Drilling Company” İsraildə qaz kəşfiyyatında iştirak edib. Təəssüf ki, bu, uğursuz alınıb. Bildiyiniz kimi, qaz kəşfiyyatı uğurdan asılıdır. Biz istəyirik ki, Azərbaycan şirkətləri kəşfiyyat işlərini davam etdirsin. Azərbaycan bizə bir çox şey təklif edə bilər, biz isə sizin təcrübənizdən çox şey öyrənə bilərik”.

D.Stav əlavə edib ki, İsrail həm də Azərbaycanın Dövlət Neft Fondunun təcrübəsini öyrənmək istərdi:

“Siz çox səmərəli mexanizm yaratmısınız. Hətta 2015-2016-cı illərdəki çətin iqtisadi dövrdə hökumət yığılan vəsaiti müdrikcəsinə istifadə etdi. Gələcək nəsillər üçün pulun yığılması konsepsiyası alqışalayiqdir və biz bu sahədə təcrübəni öyrənə bilərik”.

Turizm sahəsində münasibətlər

Səfir bildirib ki, bu il Azərbaycana gələn israilli turistlərin 45 min nəfərə çatacağı gözlənilir:

“Mən dörd il əvvəl Azərbaycana gələndə buraya gələn israilli turistlərin sayı 10 min nəfər təşkil edirdi. Bu il bu göstərici 45 min nəfərə çatacaq. Bu, AZAL-ın eləcə də, “Israir” aviaşirkətini yaxşı işlərinə əsaslanır”.

Onun sözlərinə görə, eyni zamanda Azərbaycandan İsrailə həftəlik reyslərin sayı da artıb:

“Fikrimcə, İsrail Azərbaycan turistləri üçün maraqlı istiqamətə çevrilib. Ölkə təkcə fərdi və sağlamlıq turizmi üçün deyil, həm də ümumiyyətlər maraqlı ölkə görmək istəyənlər üçün cəlbedicidir”.

Əməkdaşlığın perspektivli sahələri

Səfirin sözlərinə görə, İsrail şirkətləri Azərbaycanın kənd təsərrüfatı sahəsi ilə əməkdaşlıqda maraqlıdır:

“Sizin kənd təsərrüfatında böyük potensialınız, məhsuldar torpağınız, keyfiyyətli suyunuz və əməksevər insanlarınız var. Biz həm də aqronomların peşəkarlığının artırılması üzərində birgə işləyə bilərik”.

Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi barədə danışan D.Stav bu göstəricinin artırılmasının vacibliyini vurğulayıb:

“Bizim məlumatlarımıza əsasən hələlik ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 160 milyon dollara yaxındır. Hesab edirəm ki, Azərbaycanın çox keyfiyyətli məhsulları var və onları İsraildə satmaq mümkündür. Bu, iki ölkə arasında ticarətin yaxşılaşması üçün çox vacibdir”.

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) rolu

Səfir bildirib ki, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) ikitərəfli münasibətlərin inkişafında vacib rol oynayır:

“Azərbaycandakı yəhudi icması cəmiyyətin ayrılmaz hissəsi kimi sülh içində yaşayır. Fikrimcə, İsrailə köçən yəhudilər təqiblərdən qaçdığı üçün miqrasiya etməyib, sadəcə öz yəhudi qardaşları ilə birgə yaşamaq istədikləri üçün bunu ediblər. İsraildə də azərbaycanlı icması var. Bu iki icma ölkələrimiz arasında canlı körpü rolunu oynayır. “Azİz” Azərbaycanın, onun mədəniyyətinin, irsinin populyarlaşması üçün dayanmadan işləyir. Fikrimcə, Azİz Azərbaycanın İsraildə təbliğində vacib rol oynayır. Mən Azİz-in Azərbaycandakı və İsraildəki rəhbərləri Vahid Bayramov və Lev Spivakla tez-tez görüşürəm. Mən gördükləri işlərə görə onlara minnətdaram”.

Dağlıq Qarabağ münaqişəsində İsrailin mövqeyi

Səfir bildirib ki, münaqişə davam edəcəyi təqdirdə onun nəticələri regiondan kənara çıxa bilər:

“Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz həm də bu istiqamətdə ATƏT Minsk qrupunun səylərini dəstəkləyirik. Azərbaycan və Ermənistan hər iki tərəf üçün qəbul olunacaq həll yolu tapmalıdır. İnsan itkiləri, resursların azalması faciədir. Mən Dağlı Qarabağın, Şuşanın Azərbaycan üçün nələr ifadə etdiyini bilirəm”.

O ümidvar olduğunu bildirib ki, münaqişənin sülh yolu ilə həlli azərbaycanlılara öz torpaqlarına qayıtmağa imkan verəcək.

Son dörd il ərzində İsrail-Azərbaycan münasibətlərinin əsas məqamları

Səfir Azərbaycandakı diplomatik missiyasının başa çatmasından təəssüfləndiyini deyib:

“Mən burada çox gözəl 4 il, 3 ay keçirdim. Fikrimcə bu, İsrail səfirinin arzulaya biləcəyi ən gözəl vəzifədir”.

O bildirib ki, bu müddət ərzində ən vacib hadisə İsrail baş naziri Benyamin Netanyahunun 19 illik fasilədən sonra Azərbaycana səfəri idi. O, həmçinin Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun 2017-ci ildə İsrailə səfərini və 2018-ci ildə İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfərini xatırladıb.

D.Stav qeyd edib ki, o, Azərbaycanı xoşməramlı səfir kimi tərk edir:

“Azərbaycanda səfir təyin olunanadək mən 17 il Cənubi Asiyada, o cümlədən Hindistan və Nepalda işləmişəm. Azərbaycan İsrailə yaxın yerləşsə də, bu ölkə haqqında heç nə bilmirdim. Azərbaycan gözəl müasir ölkədir, amma burada tamamilə fərqli mühit var. Ona görə də mənim uyğunlaşmağım üçün vaxt lazım oldu. Bakı ən rahat şəhərlərdən biridir, təhlükəsiz, gözəl və təmiz şəhərdir. Təəssüf ki, bu ölkəni tərk edirəm. Mən ölkəni Azərbaycanın İsraildəki xoşməramlı səfiri kimi tərk edirəm. Azərbaycan mənim unutmayacağım bir fenomendir. Mən Azərbaycanı müsbət emosiyalarla tərk edirəm”.

Yelo Bank təhlükəsizlik sistemləri avadanlıqlarının alınması üzrə tender keçirir
Yelo Bank təhlükəsizlik sistemləri avadanlıqlarının alınması üzrə tender keçirir
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir”
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir”
İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri
İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Türkiyə koronavirusla mübarizədə Azərbaycana yardım göndərib
"İcaze.e-gov.az" portalında icazələr ləğv edilib: Bu şəxslər icazə üçün müraciət edə bilməz
Şəmkirdə din xadiminin qanunsuz yas mərasimində iştirakı ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb
Misir koronavirusa qarşı vaksinin tədarükünə dair kontrakt imzalayıb
İranda koronavirusdan sağalanların sayı 200 mini ötüb
Sabah Bakıda 37 dərəcə isti olacaq
Yevlaxda qanunsuz işləyən trenajor zalı aşkarlanıb (VİDEO)
Dəbdəbəli və israfçı toy məclislərindən yaxa qurtarmaq üçün yaxşı fürsətdir - Sosioloq
Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir (FOTO)
Buraxılış imtahanlarının nəticələri elan olunub
BMU-da yaz imtahan sessiyası başa çatıb
Badamdarda karantin rejimi ilə əlaqədar reydlər keçirildi (FOTO)
Ermənistanda koronavirusdan ölənlərin sayı 484 nəfərə çatıb
Müşfiq Cəfərov: Koronavirus tək Azərbaycana aid olan problem deyil, bütün dünya bundan ciddi əziyyət çəkir
Bakıda adgünü keçirib video yayan şəxslər saxlanıldı
Yaponiyada leysan yağışlarının qurbanlarının sayı 30-u keçib
Naftalanda baş verən qətllə bağlı prokurorluq məlumat yaydı
İlin üçüncü Ay tutulması sona çatıb
Dünyada koronavirus qurbanlarının sayı 530 mini ötüb
Ermənistan iriçaplı silahlardan istifadə etməklə sutka ərzində atəşkəsi 43 dəfə pozdu
Hindistanda 20-dən çox insan ildırım vurması nəticəsində ölüb
Tamam Cəfərova: Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib
ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub
Binəqədidə boya zavodundakı yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-5)
Londonda gecə şənliyinin dağıdılması zamanı 10-dan çox polis əməkdaşı yaralanıb
Türkiyədə zəlzələ baş verib
Xorvatiyada parlament seçkiləri keçiriləcək
"Bavariya" 20-ci dəfə Almaniya kubokunu qazandı
Gəncədə 4 otaqlı evdə yanğın baş verib
Efiopiyada baş verən iğtişaşlarda 166 nəfər öldü
ÜST bu dərmanların sınaqlarını dayandırıb
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 179 min nəfəri ötüb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Leyla Abdullayeva: Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar siyasətinin bariz nümunəsidir
Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinlərinin su təminatı ilə bağlı problemləri həll olunur
8103 SMS icazə sisteminin fəaliyyəti 16 inzibati ərazidə davam edəcək (VİDEO)
İqtisadiyyat Nazirliyi: Pandemiya ilə mübarizədə biznes ictimaiyyəti fəal iştirak etməlidir
594 obyektdə kobud qayda pozuntuları aşkarlanıb (FOTO)
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu (FOTO)
İranda elektrik stansiyada partlayış baş verib
KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb
Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi
Qablaşdırma məmulatlarının qidalarımıza təsiri
30 il əvvəl türk hərbçini öldürmüş şəxslər Suriyada ələ keçirilib
Gəncə şəhər rəsmiləri sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçiriblər (FOTO)
İş icazəsi ilə İsmayıllıya istirahətə gələnlər cərimələnib (FOTO)
Yaponiyada daşqınlar nəticəsində 15 nəfər həlak olub
Suraxanıda dəfn mərasimində iştirak edənlər saxlanılıb
Şəmkirçay su anbarında batan şəxs axtarılır
Koronavirusla mübarizədə müsbət nəticə hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır - Ekspert
İranda koronavirusdan daha 148 nәfәr ölüb
İcazəsiz Qusara istirahətə gələnlər cərimə olundular (FOTO)
İsmayıllıda hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata cərimələnib (FOTO)
Paytaxtda “Shacman” piyadanı vurub öldürdü
Formula 1 pilotları yarşış ərəfəsində koronavirus testlərindən keçib
Samuxda yas mərasimi keçirənlər cərimələndi (FOTO)
Bəhruz Quliyev: Biz özümüz karantin qaydalarını pozan məsuliyyətsizləri qınamalıyıq
Taksidə sürücü və ya sərnişinin hərəkət icazəsi olsa da, maskasızdırsa, cərimələnəcək - Kamran Əliyev
Xarici İşlər Nazirliyi ABŞ-ı təbrik edib
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib (FOTO/VİDEO)
"Air France" 7 mindən çox işçini ixtisar edəcək
Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib (FOTO)
Polis supermarketlərdə reydlər keçirir (FOTO/VİDEO)
Hindistanda rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO)
ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır (FOTO)
Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli
Sabah hava küləkli olacaq
Deputat: Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur
Paytaxtda qeyri-qanuni fəaliyyət göstərən obyekt bağlandı (FOTO)
Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir (VİDEO)
Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar (FOTO)
Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir - Beynəlxalq ekspert
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi
Bakıdan Qəbələyə istirahətə gedənlər texniki vasitələrin köməyi ilə aşkarlandı (FOTO/VİDEO)
Komitə sədri: Yaz və növbədənkənar sessiya dövründə Milli Məclis öz işini səmərəli qurmağa nail ola bilib
Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib (FOTO)
UNEC brendi Estoniyada da tanındı
BŞİH əməkdaşların kütləvi şəkildə koronavirus testindən keçirilməsi xəbərlərinə aydınlıq gətirdi
Solomon adaları yaxınlığında güclü zəlzələ olub
Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb
Bakıda alternativ qaz xətləri çəkilir (FOTO)
Coca-Cola və ASAN Könüllüləri tibb işçilərinə dəstək oldu (FOTO)
Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə edilib (FOTO)
Rusiya-Qazaxıstan sərhədində yüzlərlə Özbəkistan vətəndaşı toplanıb
DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər
Parisdə yanğın olub - Ölən var
Həkim: Bəhram Bağırzadənin ümumi vəziyyətində ötən gün ərzində əhəmiyyətli dəyişiklik baş verməyib
Səbaildə ad günü keçirənlər cərimələndi (VİDEO)
Paytaxtda növbəti geniş dezinfeksiya aparılıb (FOTO)
DYP: Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Qazaxda restoranda nişan edənlər saxlanıldı, 15 nəfər cərimələndi (FOTO/VİDEO)
Qırğızıstanda 300-dən çox yoluxma qeyd alındı
Bakıda karantini pozan kafenin icarədarı və müştəriləri cərimələndi (FOTO)
Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ
Bütün xəbərlər