Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub (FOTO) (YENİLƏNİB)

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub.

Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəst-xətti, xidmətləri olan ustad xanəndələrimizdən biri də Xalq artisti Əlibaba Məmmədovdur.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın sevimli ifaçısının evinə qonaq gəldi. Mehriban Əliyevanın gəlişi Əlibaba müəllim üçün gözəl və gözlənilməz bir ziyarət oldu.

Birinci vitse-prezident Mehriban Əliyeva dedi: Salam, hörmətli Əlibaba müəllim. Çox şadam sizi görməyə.

Xalq artisti Əlibaba Məmmədov: Nə xoşbəxtçilik. Çox böyük zəhmət vermisiniz özünüzə. İnanırsınız ki, Allaha and olsun, mən nə boyda həyəcan keçirirəm ki, mənim üçün böyük bir şəxsiyyət, böyük bir insan bizə qonaq gəlib.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun. Sizi görməyə çox şadam.

Xalq artisti Əlibaba Məmmədov: Mən Sizi təbrik etmək istəyirəm, Birinci vitse-prezident seçilməyinizə görə bu, bir. İkincisi, “Heydər Əliyev” ordeni ilə təltif olunduğunuza görə, - bunların hamısına baxmışam, - bu, iki. Üçüncüsü, Rusiyanın Prezidenti Sizə böyük bir mükafat verdi, bütün dünya buna baxırdı. Sizi inandırım ki, mən bunlara hər dəfə baxdıqca həyəcanlanırdım.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim, çox sağ olun.

Xalq artisti Əlibaba Məmmədov: Təbrik edirəm. Siz çox böyük işlər görmüsünüz, hələ də görürsünüz və hələ də görəcəksiniz. Bilirsiniz, amma bu üç iş elə bir işlərdir ki, nə bilim, tarixdən də o yanadır, bunu tarix yaza bilməz, bu, mümkün deyil. Allah Sizi var eləsin.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun Əlibaba müəllim.

Xalq artisti Əlibaba Məmmədov: Siz bizim xalqımızın sevimlisisiniz. Bu adı qazanmaq böyük bir şərəfdir. Vallah düz deyirəm. Siz xalqımızın sevimlisisiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Mənim üçün belə sözləri sizin kimi insandan eşitmək böyük şərəfdir. İnanın mənə, belə duyğuları hiss etmək çox xoşdur, Əlibaba müəllim.

Xalq artisti Əlibaba Məmmədov: Sağ olun. Baxıram, bir dəqiqə buraxmıram, harada olursunuz görürəm, həmişə, necə deyərlər, ürəyimdəsiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim. Mən də sizə demək istəyirəm ki, çox yaxşı xatırlayıram ilk dəfə sizinlə tanış olmağımızı. O zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik. Yəqin ki, yadınızdadır, bizim milli sərvətimiz olan muğamın qorunmasına yönəlmiş bir layihə idi, siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə, iştirakınızla birlikdə böyük işlər gördük. Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəst-xəttiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Onu da qeyd etmək istəyirəm ki, siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız. Ona görə də böyük hörmətə malik olan bir insansınız. Mən sizinlə ünsiyyətdə olanda özüm üçün hər dəfə nəsə yeni bir şey aşkar etmişəm, öyrənmişəm. Siz böyük müəllimsiniz, siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc xanəndələr nəslinin yetişməsində sizin misilsiz xidmətləriniz olub. Ona görə Əlibaba müəllim, bir daha çox sağ olun, sizi görməyə çox şadam və ən əsası, sizə möhkəm cansağlığı arzulamaq istəyirəm.

Xalq artisti Əlibaba Məmmədov: Çox sağ olun, var olun. Vallah bilmirəm nə deyim, mən çox söz bilirəm, mən hər şeyi bilirəm, amma Sizi görmüşəm yadımdan çıxıb. Mən də Sizi təbrik edirəm. Məsələ burasındadır ki, Putinin dediyi o sözləri sözü bütün dünya eşitdi. Hamımız fəxr etdik. Bilirsiniz də, bu, hörmət qayğı idi, çox gözəl hadisə idi. Siz mənə bir ağsaqqal, sənətkar kimi həmişə hörmət etmisiniz, qayğı göstərmisiniz. Mən Sizin qayğınızı heç vaxt unutmamışam, heç vaxt da unutmayacağam, heç mümkün də deyil.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun.

Xalq artisti Əlibaba Məmmədov: Amma bir şeyi də qeyd edim ki, Siz məni təzədən tarixə salmısınız. Nəyə görə, mənim 100 dənə mahnım var, mən onları 50 ildə yaratmışam, hər ildə 2 dənəsini.

Birinci vitse-prezident Mehriban Əliyeva: Özü də çox gözəl mahnılardır.

Xalq artisti Əlibaba Məmmədov: Bu mahnılar əlli ildir camaatın dilində oxunur. Mən sizdən xahiş etdim ki, onlar itməsin, batmasın, o mənfur qonşularımız götürüb deyirdilər ki, bizimdir. Siz də o saat çox böyük həvəslə gözəl bir layihə yaratdınız.

Birinci vitse-prezident Mehriban Əliyeva: Elədir. Bu, bizim mədəni irsimizdir, Əliababa müəllim. Sizin yaradıcılıq irsiniz Azərbaycan xalqının mədəni irsidir. Əlbəttə, biz bunu saxlamalıyıq, qorumalıyıq.

Xalq artisti Əlibaba Məmmədov: Doğrudan da Siz təkcə mənə yox, xalqa böyük xidmət etdiniz. Xalqımızın musiqisi zənginləşdi, yüz dənə mahnı var, hamısı xalq mahnısıdır. Özü də orada yad nəfəslər heç vaxt olmayıb, yenə də olmayacaq. O yaxşılığı mən necə unudum, kim unuda bilər? Xalqımız da unutmayacaq. Bilirsiniz, Siz çox işlər görmüsünüz, danışmaqla qurtarmır. Amma mən bu sözü deyirəm ki, Siz xalqın sevimlisisiniz, bu, böyük şərəfdir. Xalq sevsə sənətkarı, ona dağ bata bilməz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun. Mənim üçün böyük şərəfdir belə sözləri sizdən eşitmək. İnanın mənə, doğrudan böyük şərəfdir. Çox sağ olun.

Xalq artisti Əlibaba Məmmədov: Mən olanı deyirəm, vallah Siz çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz, zəmanəmizin Hacı Zeynalabdinisiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun, Əlibaba müəllim. Mən Prezidentin də böyük salamlarını sizə çatdırıram.

Xalq artisti Əlibaba Məmmədov: Prezidentimizi də bağrıma basıram.

Birinci vitse-prezident Mehriban Əliyeva: O, sizi çox sevir, dedi ki, mənim böyük salamlarımı Əlibaba müəllimə çatdır. Sizə möhkəm cansağlığı arzuladı.

Xalq artisti Əlibaba Məmmədov: Sağ olsun, var olsun. Öz aramızdı, baxın, 15 ildə nə qədər işlər görmüsünüz, kim edə bilər? Prezidentimiz 15 ildir bizə rəhbərlik edir, xalqımızı idarə edir. Baxın, görün, Azərbaycan o Azərbaycandır, Bakı o Bakıdır?

Birinci vitse-prezident Mehriban Əliyeva: Bəli, ölkəmizdə böyük işlər görülüb.

Xalq artisti Əlibaba Məmmədov: Böyük işlər görüb, yenə də görür, indi lap böyük işlər görür. Bunun hamısını yerinə qoyub. Bilirsiniz, mən siyasətçi deyiləm, mən muğam ifaçısıyam, azdan-çoxdan şeriyyat bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin adından, öz adımdan deyirəm ki, var olun, dünyada nə gözəl şeylər var hamısı Sizə qismət olsun.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun. Mən sizin dəstəyinizi hər zaman hiss etmişəm.

Sonda Birinci vitse-prezident Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədova cansağlığı və gələcək fəaliyyətində uğurlar arzuladı.

Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Loading Bars
Xəbər lenti
Tural Gəncəliyev: Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir
Ermənistanda 277 yeni yoluxma qeydə alınıb
Sabahın hava proqnozu açıqlanıb
Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı - Rauf Əliyev
Bakıda mənzildə köməksiz qalan şəxs xilas edilib
Böyük Britaniyada bıçaqla hücumda 4 nəfər yaralanıb
Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub
Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötüb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Bakıda “Mitsubishi” maneəyə çırpılıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır
Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 14 nəfər ölüb
İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək
Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb
Londonda yeni karantin və peyvəndləməyə qarşı aksiyada 32 nəfər saxlanılıb
Moskvada koronavirusdan ölənlərin sayı 5 058 nəfərə çatıb
Tramp: ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötüb
Nərimanov rayonunda top mərmisi tapılıb (FOTO)
Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ
Britaniyada bir gündə koronavirusa 4 422 nəfər yoluxub
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Beyləqanda PQ-7 raketinin boş motor hissəsi aşkar olunub (FOTO)
Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 "Taliban" üzvü məhv edilib
BDU professorun universitetə buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirdi
Türkiyədə koronavirusdan sağalanların sayı 266 min nəfəri ötüb
Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Prezident İlham Əliyev: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik
Prezident İlham Əliyev: Ermənistan regional sabitlik üçün təhdiddir
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
Prezident İlham Əliyev: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq
Prezident İlham Əliyev Ermənistanın baş naziri haqqında: Sən kimsən ki, bizimlə şərt dilində danışırsan
Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
Prezident İlham Əliyev: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır
"Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir - Deputat
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Prezident İlham Əliyev: Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır
Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir
Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
"Xəzəri qoruyaq" adlı təmizlik aksiyaları keçirilib (FOTO)
Prezident İlham Əliyev: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Azərbaycan Prezidenti: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi
Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib (FOTO)
Cəlilabadda fərdi ev yanıb
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)
İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçib
Prezident İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
Finlandiyanın Nokia şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb
Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO)
Külli miqdarda vergini ödəməkdən yayınan şirkət rəhbərinin istintaqı yekunlaşıb
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir
Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub
Azərbaycan neftinin qiymətləri dəyişib
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır
Çay haqqında bilmədiklərimiz
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
ABŞ-da etiraz aksiyasında atışma - Ölənlər var
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsində fəhləni cəryan vurub öldürdü
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyada koronavirusa gündəlik yoluxma sayı 6 mini keçdi
Hansı halda işçiyə əmək kitabçasının dublikatı verilməlidir?
Kürdəmirdə qazlaşdırılma səviyyəsi 100 %-ə çatdırılıb (FOTO)
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı (VİDEO)(ƏLAVƏ OLUNUB)
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb (FOTO)
Sabah 29 dərəcəyədək isti olacaq
Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələndi (FOTO)
FHN əməkdaşına müqavimət göstərən şəxsin işi məhkəməyə göndərilib
Qida əlavələrinin idxalı ilə məğul olan sahibkarlarla görüş olub
Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib
Magistraturaya plan yerlərinin 85 faizi dolub
Vaxtından əvvəl doğulmuşların göz müayinəsi nə üçün vacibdir?
Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord
Deputat Naqif Həmzəyev seçiciləri qəbul edib (FOTO/VİDEO)
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
Ermənistanda koronavirusa yoluxanların sayı 47 mini keçib
Şamaxıda arvadını bıçaqlayan şəxs saxlanılıb
MN: Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və sərt cavab tədbirlərinə tam hazırdır
DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib (FOTO)
Cəbhə bölgəsində özünüməşğulluq proqramına qoşulan işsiz şəxslər üçün kiçik təsərrüfatlar qurulur (FOTO)
"Telegram"ın işində qüsurlar yaranıb
Bütün xəbərlər