Prezident İlham Əliyev: Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib

Prezident İlham Əliyev: Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib

Bakı. Trend:

Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib:

"2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun.

O ki qaldı, xarici siyasətlə bağlı olan məsələlərə, hesab edirəm ki, bu sahədə də böyük uğurlar əldə edilib. Bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıbdır, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib. Deyə bilərəm, - mən dəfələrlə bu mövzu ilə bağlı fikirlərimi bildirmişəm,- qonşu ölkələrlə münasibətlər hesab edirəm ki, bütövlükdə hər bir ölkə üçün xüsusi məna daşıyır, o cümlədən Azərbaycan üçün. Mən çox məmnunam ki, son illər ərzində qonşu ölkələrlə bizim əlaqələrimiz inkişaf edir. Bu əlaqələr qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulubdur. Mənim qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olub və hər bir görüş məhsuldar olub. Ona görə hesab edirəm ki, bu istiqamətdə atılmış addımlar və tərəfdaşlarımızın addımları bu əlaqələri gücləndirib, eyni zamanda, regional əməkdaşlığa da müsbət təsir göstərib. Artıq Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə bizim üçtərəfli əməkdaşlıq formatımız var. Bu format həm məna, həm də ki, əldə edilmiş nailiyyətlər baxımından çox müsbət formatdır. Eyni zamanda, bizim başqa ölkələrlə ikitərəfli əlaqələrimiz inkişaf edibdir. Deyə bilərəm ki, bu il Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ki, ikitərəfli formatda. Bu baxımdan bu il rekord il olmuşdur.

Bu il ölkəmizdə önəmli beynəlxalq tədbirlər keçirilib. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etmək olar. Bildiyiniz kimi, Azərbaycan bu təşkilatda çox fəal rol oynayır və təşkilata sədrlik Azərbaycana keçibdir. Biz bu təşkilata bir il ərzində sədrlik edəcəyik. Eyni zamanda, Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilibdir. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcəkdir. Qeyd etdiyim kimi, bizim sədrliyimiz yekdil qərarla qəbul olunub. Bunun çox böyük mənası var. Çünki Qoşulmama Hərəkatında birləşən ölkələrin arasında bəzi ixtilaflar var, qarşıdurma da var, anlaşılmazlıq da var. Bəzi ölkələr bir-biri ilə, sadə dildə desək, yola getmirlər. Belə olan halda, bütün dövlətlər tərəfindən bizə göstərilən dəstək əlbəttə ki, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, Azərbaycana çox böyük hörmət və böyük rəğbət var. Biz üç il ərzində bu təsisata sədrlik edəcəyik və bu sədrlik formal xarakter daşımayacaq. Biz istəyirik ki, bu təsisatın dünyadakı rolunu artıraq. Azərbaycan sədrliyi dövründə bir neçə önəmli təşəbbüslə çıxış edəcəkdir. Bu təşəbbüslərin əsas mahiyyəti ondan ibarətdir ki, dünyada beynəlxalq əməkdaşlıq yeni pilləyə qalxsın və ölkələr arasında, o cümlədən sivilizasiyalararası məsələlər sağlam təməl üzərində öz həllini tapsın. Bizim bu sahədə çox böyük təcrübəmiz vardır.

Eyni zamanda, hesab edirəm ki, bu il Avropa İttifaqı ilə bizim əlaqələrimiz uğurla inkişaf edib. İl ərzində bir neçə önəmli tədbir keçirilib, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti cənab Tuskun iyul ayında Azərbaycana səfəri xüsusi məna daşıyır. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bu il müsbət istiqamətdə inkişaf edibdir. Onu da bildirməliyəm ki, keçən il Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanmışdır. Bu sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək ifadə edilmişdir. Eyni zamanda, Qoşulmama Hərəkatının Yekun Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması ilə bağlı açıq ifadələr öz əksini tapıbdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da Yekun Bəyannaməsində buna oxşar bənd öz əksini tapıbdır. Beləliklə, Qoşulmama Hərəkatında birləşən 120 ölkə, Avropa İttifaqına üzv olan 28 ölkə, eyni zamanda, türkdilli ölkələr, hansılar ki, Qoşulmama Hərəkatına üzv deyil, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləyir, bizə inanır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini bizim mövqeyimizi dəstəkləyərək ərazi bütövlüyü çərçivəsində görür. Hesab edirəm ki, bu, xarici siyasət istiqamətində yaddaqalan əsas məsələlərdir. Əlbəttə ki, bizim xarici siyasətimiz çox çevikdir, çox düşünülmüşdür. Hesab edirəm ki, xarici siyasətlə bağlı bütün başqa məsələlər və nəticələr yüksək qiymətə layiqdir".

Balaxanı Sənaye Parkında 8 rezident fəaliyyətə başlayacaq (FOTO)
Balaxanı Sənaye Parkında 8 rezident fəaliyyətə başlayacaq (FOTO)
“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlığa başladı
“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlığa başladı
Sentyabrın 23-də manatın dollara qarşı məzənnəsi
Sentyabrın 23-də manatın dollara qarşı məzənnəsi
Loading Bars
Xəbər lenti
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılır - FƏRMAN
Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olunub
Valentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır (FOTO)
Energetika Nazirliyinin səlahiyyəti artırıldı - SƏRƏNCAM
AMEA-da orfoepiya lüğətinin hazırlanması üçün işçi qrup yaradılıb
Balaxanı Sənaye Parkında 8 rezident fəaliyyətə başlayacaq (FOTO)
Gənclər Azərbaycanda süni intellektin tətbiqinə kömək edirlər
Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir
Pediatriya İnstitutunda tibbi aksiya keçiriləcək
Vətəndaşsızlıq hallarını aradan qaldırmaq məqsədilə İşçi qrupu fəaliyyətə başlayıb (FOTO)
Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb (FOTO)
Gədəbəydə GİKM-in növbəti nümayəndəliyi açılıb (FOTO)
Karantin rejimini pozan koronavirus xəstəsinə 3 ay həbs verildi
Musa Quliyev: Hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır
Mehmanxanaların ictimai iaşə sahələrində xidmətin təşkili ilə bağlı sahibkarlara müraciət edildi (FOTO)
Bakıda və Neftçlada özəl tibb mərkəzinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Tamam Cəfərova: Prezident İlham Əliyev dünya birliyinə çağırış etdi
“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlığa başladı
Sentyabrın 23-də manatın dollara qarşı məzənnəsi
Təhsil Nazirliyi "Virtual məkəb"lə bağlı maarifləndirici məlumatlar təqdim edib (VİDEO)
Niderlandın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib
Məhkəmə XİN-in sabiq idarə rəisi barəsində qərar verdi (ƏLAVƏ OLUNUB)
Bakıda 394 obyekt karantin qaydalarını pozub - RƏSMİ
DTX vətəndaşlara müraciət etdi
Pandemiya sınağı FOTOLARDA
Livanlı vəkil: Dünya ictimaiyyəti işğal olunmuş Qarabağda erməni terrorunu dayandırmalıdır
Azərbaycan məhsulları “Worldfood Moscow 2020” beynəlxalq sərgisində (FOTO)
Aydın Hüseynov: Azərbaycan Ermənistanın bütün təxribatlarına layiqli cavab verəcək
Vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran şirkət rəhbərlərinə cinayət işi açıldı
"Torqovı"da tavanı çökən bina təmir edilir - RƏSMİ
Sevil Mikayılova: Bu gün Ermənistan rəhbərliyi sülhə yox, müharibəyə hazırlaşır (VİDEO)
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq” (FOTO)
Ağdaşda ev əşyaları ilə birgə yanıb
Almaniya parlamentinə şübhəli paket daxil olub
Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir
Galaxy Tab S7 - mobil cihazda kompüter rahatlığı
Bakı metropolitenində sərnişin sayı azalıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şağan qəsəbəsində yeni uşaq bağçasının istifadəyə verilməsi tədbirində iştirak edib (FOTO)
2 saylı Kliniki Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib (FOTO)
“Atəşgah” Sığorta Şirkətinin 30 000 AZN-lik sığorta ödənişi!
Sevil Mikayılova: Prezident İlham Əliyevin BMT-nin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər zamana köklənmiş çağırışlardır
"Torqovı"da mağaza yanıb (VİDEO)
Prokurorluq işçiləri tərəfindən könüllü qanvermə aksiyaları davam etdirilir (VİDEO)
Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” elmi-publisistik jurnalı çap olunub
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxdu, 113 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı (FOTO)
AŞPA Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayır
Azərbaycanda əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı azalıb
İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb
Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı 200-ü keçdi
Baş prokuror Kamran Əliyev veteran prokurorluq işçiləri ilə görüşüb (FOTO)
İtaliyalı ekspert: Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanıdır
“AzInTelecom” yeni “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib
Gürcüstana 21 613 dərslik və metodik vəsait göndərilib
Şəhid polkovnikin oğlu: Hər bir vətənpərvər gənc kimi hərbi təlimlərdə iştirak etməyə hazıram
Mehmanxanaların ictimai iaşə sahələrində bu zəruri qaydalara əməl edilməlidir
“AzerGold” QSC-nin istiqrazlarının əhalinin xarici valyutada olan yığımları baxımından əhəmiyyəti (FOTO)
İlin sonuna 2 DOST mərkəzinin açılışı planlaşdırılır (FOTO)
Taksi sürücüləri üçün etik qaydalarda dəyişiklik edilib
Suriyada əsir və girovluqda saxlanılan azərbaycanlıların qaytarılması müzakirə olunub
Deputat: Azərbaycanı beynəlxalq müstəvidə fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biri multikultural dəyərlərimizdir
Türkiyəli general: Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etmək hüququ var
Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı (FOTO/VİDEO)
Milli Məclisin Aqrar siyasət komitəsi iş planını açıqladı (FOTO)
Balakəndə zəlzələ olub
İtaliyada futbol hakimi öldürülüb
Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir
Deputat: Prezident Ermənistana, onun havadarlarına çox ciddi və açıq mesajlar verdi
Xeyli miqdarda tütün və tibbi məmulatların qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
DİN "Pikap"ların postlarda saxlanılmasının səbəblərini açıqladı
Məktəb direktoru olmaq istəyənlər üçün təlimlər keçiriləcək
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bəhruz Quliyev: Paşinyan təxribatçı bəyanatları ilə Azərbaycanı müharibəyə təhrik edir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar (YENİLƏNİB) (FOTO)
Rusiyada son sutkada 160 nəfər koronavirusdan ölüb
Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
DİN oğurlanaraq pul tələb edilən şəxsin ölümü ilə bağlı məlumat yayıb
Ceyhun Bayramov sabah Gürcüstana səfər edəcək
Sabunçuda yolların yenidən qurulmasına 8,3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Şəkidə koronavirusa görə bağlanan bazar fəaliyyətini bərpa edib
Deputat: Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır
Azərbaycan nefti ucuzlaşıb
SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb
Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Elmar Qasımov MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüşüb
Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib (VİDEO)
Deputat: Təxribatlar Ermənistanın yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir
6 ayda 241 cinayətin üstü açılıb
Metroda bəzi qatarlar gecikir - RƏSMİ
Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim başlayıb (FOTO)
Ermənistanda koronavirusdan ölənlərin sayı 938 nəfərə çatıb
Düzgün ixtisas seçimi təminatlı gələcək deməkdir
ATAA: Hotellərdə açıq bufetdə xidmətin göstərilməsi dayandırılıb
Ermənistanda hökumətə qarşı ümumdövlət mitinqi keçiriləcək
Azərbaycandan Qazaxıstana daha 46 nəfər təxliyə edilib
Bütün xəbərlər