...

Azərbaycan və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub

Siyasət Materials 24 Dekabr 2019 13:57 (UTC +04:00)
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azərbaycan və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub

Bakı. Trend:

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Qırğızıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Qırğızıstan arasında dostluq əlaqələrinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti