...

Parlament seçkiləri ilə əlaqədar müraciət edən yerli və xarici müşahidəçilərin sayı açıqlanıb

Siyasət Materials 13 Yanvar 2020 12:49 (UTC +04:00)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2000-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, əksəriyyəti müsbət cavab alıb.
Parlament seçkiləri ilə əlaqədar müraciət edən yerli və xarici müşahidəçilərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2000-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, əksəriyyəti müsbət cavab alıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, həmin müşahidəçilərin 1630-u yerlidir: “Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assembleyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya Parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcək. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti